Tərtərdə “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər / 09.02.2018 / 17:29

Fevralın 9-da Tərtər Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı ilə rayonun Kəngərli kənd tam orta məktəbində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, Kəngərli kənd tam orta məktəbin direktoru İmran Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov bildirib ki, sənədli film dini radikalizmə qarşı mübarizə mövzusunda Dövlət Komitəsinin sifarişi əsasında çəkilib. Qeyd edib ki, filmdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgərlərimizin dövlət və xalqımız tərəfindən hörmət və ehtiramla yad edildiyi nümayiş olunub.
Daha sonra Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov və Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov çıxış edərək vurğulayıblar ki, İslamda cihad anlayışı böyük məna daşıyır. Bildirilib ki, cihad adı altında başqa dövlətlərdə fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində vuruşmaq həm ölkə qanunlarına, həm də beynəlxalq qanunlara ziddir.
  

Son baxılan xəbərlər

Tolerantlığın Azərbaycan modeli

Multikulturalizm
16.11.2018 / 09:52
Ətraflı oxu

Almaniyanın “Ostexperte” internet portalında Azərbaycanda dinlər və sivilizasiyalar arası dialoqa dair reportaj yerləşdirilib

Press-relizlər
05.02.2019 / 10:52
Ətraflı oxu

Bölgələrdə “İnsan hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
07.06.2016 / 17:02
Ətraflı oxu

İslam həmrəylik və vəhdət dinidir

Press-relizlər
22.08.2017 / 15:00
Ətraflı oxu

Mübariz Qurbanlı: Azərbaycanda heç vaxt dini, irqi və etnik ayrı-seçkilik olmayıb

Xəbərlər
19.02.2021 / 15:41
Ətraflı oxu

DQİDK-nın sədr müavini Gündüz İsmayılov: "Bütün tarixi-dini abidələrimiz, məscidlərimiz, eləcə də alban kilsələri ...

Press-relizlər
24.11.2020 / 10:25
Ətraflı oxu