Dini radikalizm İslam həmrəyliyinə ziddir

Press-relizlər / 08.02.2018 / 14:41

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şəki rayonu Baş Zəyzid  kənd məscidi dini icmasının həyata keçirdiyi  “Dini radikalizm İslam həmrəyliyinə və tolerantlıq prinsiplərinə ziddirlayihəsi çərçivəsində Vərəzət kənd orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev və şöbənin əməkdaşı Elvin Qarayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Baş Zəyzid kənd məscidi dini icmasının sədri Ələsgər Rəhimov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Ələsgər Rəhimov mövzunun əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev çıxışında dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maarifləndirmə sahəsindəki fəaliyyətdən danışıb. O bildirib ki, tarixin bütün dövrlərində Azərbaycan ərazisində müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələri sülh şəraitində yaşayıb və heç zaman dini zəmində münaqişə baş verməyib. T. Abdullayevin sözlərinə görə, hazırda bəzi müsəlman ölkələrində cərəyan edən hadisələr dini radikalizmdən və məzhəblərarası tolerantlığın olmamasından qaynaqlanır.
Daha sonra çıxış edən QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov Azərbaycanda yüksək tolerantlıq və multikultural ənənələrin, dinlərarası və məzhəblərarası həmrəyliyin mövcudluğunu, bu baxımdan ölkəmizin digər ölkələr üçün nümunə olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Zərdabda “XX əsrin 20 Yanvar faciəsi” mövzusunda anım tədbiri keçirilib

Press-relizlər
17.01.2019 / 10:48
Ətraflı oxu

“Dini fanatizmin və ekstremizmin mahiyyəti və təhlükələri" mövzusu müzakirə edilib

Xəbərlər
09.07.2021 / 13:18
Ətraflı oxu

Alban-udi xristian dini icması Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəklədiyi barədə bəyanat yayıb

Xəbərlər
06.11.2020 / 10:06
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
05.01.2018 / 16:07
Ətraflı oxu

Beyləqanda “Gənclərin radikal dini təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Xəbərlər
20.02.2020 / 15:51
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu