İslam tolerantlıq dinidir

Press-relizlər / 07.02.2018 / 15:31

Fevralın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Quba rayonu Xucbala kənd məscidi dini icmasının “İslam sülh və tolerantlıq dinidir” adlı layihəsi çərçivəsində Aşağı Xuc kəndində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, şöbənin əməkdaşı Elnur Ağasiyev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba rayon Təhsil şöbəsinin (RTŞ) əməkdaşı Anar Murtuzov, dini icmanın sədri Həmdulla Vəliyev və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, hər il olduğu kimi bu ildə rayon rəhbərliyi dini sahədə maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət ayırıb. 
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, Azərbaycan tolerantlıq diyarıdır. Onun sözlərinə görə, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və qardaşlıq şəraitində yaşayırlar.
Daha sonra çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev və Quba RTŞ-nin nümayəndəsi Anar Murtuzov bildiriblər ki, təhsil ocaqlarında dini maarifləndirmə işinin təşkili vacibdir.
İcma sədri Həmdulla Vəliyev isə çıxışında Azəbaycan dövlətinin dinə və dindara qayğısından bəhs edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Azərbaycanda dövlət-din modeli xalqımızın milli maraqlarına yönəlib

Press-relizlər
20.02.2018 / 17:32
Ətraflı oxu

Kürdəmirdə dini ekstremizm mövzusu müzakirə edilib

Press-relizlər
15.12.2022 / 17:46
Ətraflı oxu

Vətənə və xalqa layiqli xidmət missiyası

Xəbərlər
26.08.2017 / 09:37
Ətraflı oxu

Komitə sədri: “Azərbaycanda heç kim, heç bir qruplaşma din adı altında gizlənərək, din pərdəsi ...

Xəbərlər
15.10.2021 / 17:48
Ətraflı oxu

"Azərbaycandakı “Multikulturalizm ili” bir sıra ölkələrdə multikultural əhval-ruhiyyənin möhkəmlənməsinə səbəb oldu"

Müsahibələr
23.12.2016 / 16:31
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
31.01.2020 / 17:00
Ətraflı oxu