Ənənəvi İslamın təbliğində dini icmaların rolu müzakirə edilib

Press-relizlər / 26.01.2018 / 10:40

Yanvarın 25-də Bakı Dövlət Universitetinin Qazax filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qazax şəhər “Cümə” məscidi dini icmasının “İslam sülh, həmrəylik və qardaşlıq dinidir” layihəsi çərçivəsində “Ənənəvi İslamın təbliğində dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev, Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşları Pərvin Zeynalov, Ceyhun Rüstəmov, Qazax Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov, Qazax şəhər “Cümə” məscidinin imamı, QMİ-nin bölgə qazısı İlham Süleymanov, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov ölkəmizdəki tolerant və multikultural mühitdən danışıb. Qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı qorunur və hər bir insanın öz inanclarını qoruyub saxlaması, dini ayinləri sərbəst yerinə yetirməsi üçün zəruri şərait yaradılıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev dini icmalar tərəfindən cəmiyyət, xüsusilə gənclər arasında aparılan maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edərək, bu işdə dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin səmərəliliyindən danışıb.
Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Ceyhun Rüstəmov Azərbaycanda dövlət-din münasibətindən bəhs edib, bu münasibətlərin bütün dünya dövlətlərinə nümunə ola biləcəyini qeyd edib.
Sonra Qazax şəhər “Cümə” məscidinin imamı, QMİ-nin bölgə qazısı İlham Süleymanov, Qazax Rayon Polis Şöbəsinin əməkdaşı Hilal Allahverdiyev və digərləri mövzu ilə bağlı çıxış ediblər.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
 


Son baxılan xəbərlər

İƏT Dağlıq Qarabağda ermənilər tərəfindən İslama aid tarixi ziyarətgahların dağıdılmasından narahatlığını bildirib

Xəbərlər
12.11.2020 / 11:30
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
08.11.2019 / 09:18
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Könüllü fəaliyyət
01.12.2021 / 15:53
Ətraflı oxu

Saatlıda “Gender bərabərliyi-insan hüquqları” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.12.2021 / 16:08
Ətraflı oxu

Zaqatalada “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?“ mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
01.12.2021 / 15:43
Ətraflı oxu