Sumqayıtda “Şəhidlik zirvəsi” adlı tədbir keçirilib

Press-relizlər / 25.01.2018 / 14:54

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sumqayıt şəhəri 22 saylı tam orta məktəbdə “Şəhidlik zirvəsi” adlı tədbir keçirilib.
Tədbirdə məktəbin direktor müavini Malik Yəhyayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib.
Məktəbin direktor müavini Malik Yəhyayev çıxışında bildirib ki, şagirdlərin vətənpərvər ruhda tərbiyələnməsi təhsilimizin prioritet istiqamətlərindən biridir. Milli özünüdərkə sahib, milli-mənəvi, dini dəyərlərini dərindən mənimsəmiş, elmli gənclik dövlətimizin bütövlüyü və azadlığının qarantıdır. Natiq, həmçinin belə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətindən danışıb.    
Dövlət Komitəsinin əməkdaşı Ülvi Məmmədov xalqımızın dövlətçilik tarixindən, onun ayrı-ayrı tarixi mərhələlərdə keçdiyi ağır sınaqlardan, o cümlədən yad və zərərli ideologiyalardan  dövlətçiliyimizin qorunub saxlanmasından söhbət açıb. O, yetişməkdə olan gənc nəslin öz  elmi, savadı və bilikləri, yüksək vətənpərvərlik ruhu ilə ölkəmizin inkişafına böyük töhfələr verəcəyinə əminliyini bildirib.
Ülvi Məmmədov şagirdlərə həmçinin dini separatçılıq və dini radikalizm, onların mahiyyəti barədə də məlumat verib. Qeyd edib ki, bir çox mərkəzlər ölkəmizdə yad və zərərli dini düşüncələrin təbliği ilə özlərinə sosial baza yaratmaq istəsələr də, dövlət səviyyəsində aparılan qabaqlayıcı tədbirlər nəticəsində bu prosesin qarşısı alınıb.
Tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub. 
 
 


Son baxılan xəbərlər

Gündüz İsmayılov: "ABŞ Dövlət Departamentinin adıçəkilən hesabatını obyektiv qəbul etmirik”

Xəbərlər
16.06.2020 / 11:25
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

Azərbaycanda səfərdə olan Gürcüstan nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ...

Xəbərlər
26.08.2021 / 11:51
Ətraflı oxu

İsmayıllıda “Tolerantlıq milli kimliklə vəhdət” adlı maarifləndirici tədbir baş tutub

Press-relizlər
11.01.2017 / 16:21
Ətraflı oxu

Gəncədə və Güzdəkdə yerləşən hərbi hissələrdə “İslamda insan həyatının dəyəri” mövzusunda tədbirlər keçirilib

Press-relizlər
21.07.2022 / 11:09
Ətraflı oxu

Zaqatalada Azərbaycanın dövlət müstəqilliyinin 104-cü ildönümü münasibətilə tədbir keçirilib

Xəbərlər
24.05.2022 / 17:05
Ətraflı oxu