“Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 23.01.2018 / 14:33

Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və “KCA Deutag” şirkətinin birgə təşkilatçılığı ilə “Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları və şirkətin nümayəndələri iştirak ediblər.
Öncə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində formalaşdığını, müqəddəs dinimiz İslamın xalqımızı həmrəy edən, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə xidmət edən ali dəyər olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov “Şəhadət” sənədli filmi haqqında danışaraq bildirib ki, filmdə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgərlərimizdən, onların xalqımız və dövlətimiz tərəfindən ehtiramla yad edildiyindən, eləcə də cihad adı altında xarici dövlətlərdə fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrin tərkibində vuruşan insanların acı taleyindən bəhs olunur. O qeyd edib ki, gənc nəslin düzgün istiqamətdə, Vətənə layiq övlad kimi tərbiyə olunmasında “Şəhadət” kimi sənədli filmlərin çox böyük əhəmiyyəti var.      
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Son baxılan xəbərlər

İlham Əliyevin modern dövlət modeli

Xəbərlər
24.12.2018 / 09:55
Ətraflı oxu

Mübariz Qurbanlı: “Baş yarmaq, qan çıxarmaq İslama ziddir, günahdır”

Açıqlama
17.08.2019 / 10:08
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
25.04.2019 / 15:26
Ətraflı oxu

Lənkəranda "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
16.12.2015 / 16:05
Ətraflı oxu

Yasamalda AXC-nin 100 illiyinə həsr olunmuş tədbir baş tutub

Press-relizlər
25.05.2018 / 17:53
Ətraflı oxu

6 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə ilə bağlı tədbir keçirilib

Press-relizlər
20.05.2015 / 12:54
Ətraflı oxu