Biləsuvarda “İslam həmrəyliyi - sülhə aparan yol” layihəsi çərçivəsində tədbir keçirilib

Press-relizlər / 19.01.2018 / 08:52

Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Biləsuvar rayonu İsmətli kənd “Əbülfəzl” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - sülhə aparan yol” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev, Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı, İsmətli kənd bələdiyyəsinin sədri Mirzəxan İbayev, İsmətli kənd “Əbülfəzl” məscidi dini icmasının sədri Hadi İsgəndərov, dini icma üzvləri iştirak ediblər.                     
Tədbiri giriş sözü ilə açan Biləsuvar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Kamil Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərini Azərbaycan Respublikasının Konstitusiyası və qanunları tənzimləyir. Azərbaycanın seçdiyi dünyəvi dövlət modelinə uyğun olaraq ölkəmizdə dövlət-din münasibətləri qanun çərçivəsində tənzimlənir. Ölkəmizdə vicdan azadlığı təmin edilir, insanların öz dini inanclarını sərbəst icra etmələrinə hər cür şərait yaradılır.
Ardınca çıxış edən DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Nuruyev qeyd edib ki, dövlət-din münasibətləri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə önəmli yerlərdən birini tutur. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Zəngin mədəni-mənəvi irsi, çoxəsrlik tolerantlıq ənənələri olan Azərbaycan həm də nümunəvi dövlət-din münasibətləri modelinə malikdir.
Dini icma sədri Hadi İsgəndərov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi mühüm tarixi əhəmiyyət daşımaqla bərabər İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, radikalizmə qarşı mübarizənin gücləndirilməsinə və həmrəyliyin formalaşdırılmasına yönələn son dərəcə müdrik və səmimi təşəbbüsdür.
Çıxış edən digər natiqlər keçirilən maarifləndirici tədbirlərin önəminə toxunublar. Mövzu ilə bağlı tədbirin yekununda diskussiya təşkil olunub və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.  
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.
 


Son baxılan xəbərlər

Dövlət Komitəsində 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Xəbərlər
23.01.2020 / 16:16
Ətraflı oxu

Xızıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.06.2022 / 17:13
Ətraflı oxu

Oğuzda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.04.2022 / 16:22
Ətraflı oxu

Zaqatalada Azərbaycanın dövlət müstəqilliyinin 104-cü ildönümü münasibətilə tədbir keçirilib

Xəbərlər
24.05.2022 / 17:05
Ətraflı oxu

Şuşa məscidində namaz qılındı

Xəbərlər
13.11.2020 / 13:22
Ətraflı oxu

Müqəddəs Məkkə şəhərində “Qurani-Kərimdə və Peyğəmbər sünnəsində mötədillik və mülayimlik dəyərləri” adlı beynəlxalq konfrans ...

Press-relizlər
29.05.2019 / 12:34
Ətraflı oxu