Saatlıda “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” mövzusunda tədbir keçirilib

Press-relizlər / 16.01.2018 / 17:37

Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Saatlı rayonu Şirinbəy kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və millli-mənəvi dəyərlərimizin təbliği” layihəsi çərçivəsində  “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavaşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə, dini icma sədri Mürsəl Bədirov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Şirinbəyli kənd inzibati dairəsi üzrə kənd nümayəndəsi Nüsrəddin Məmmədov, O.Mirzəyev adına tam orta məktəbin direktoru Daşdəmir Ulfanof, eləcə də məktəbin müəllim  və yuxarı sinif şagirdləri iştirak ediblər.
Dini icma sədri Mürsəl Bədirov layihə barədə məlumat verərək bildirib ki, lahiyə çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsli milli-mənəvi dəyərlər ruhunda, eyni zamanda müasir və sağlam düşüncədə formalaşdırmaqdır. Bildirib ki, gənclərimiz təhsil almaqla yanaşı, yüksək mənəvi dəyərlərə malik olmalı və bu dəyərləri qoruyub saxlamalıdırlar.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə Azərbaycanda dövlət-din münasibətlərindən və İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. O bildirib ki, İslam dini insanları təhsilə, elmə, həmrəyliyə çağırır. T.Vəlizadə qeyd edib ki, gənclərin radikal dini cərəyanların, yad düşüncələrin təsirindən qorunması, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi məqsədi ilə keçirilən bu cür tədbirlərin böyük əhəmiyyəti var.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavaşir Bəhrəmov İslam dininin gənc nəslin tərbiyəsində rolundan, milli-mənəvi dəyərlərimizə, eləcə də dinimizə dövlət qayğısından, sağlam və əqidəli gəncliyin formalaşması üçün aparılan maarifləndirmə işindən bəhs edib. O, Vətənə layiqli vətəndaş olmaq üçün elmə və biliyə yiyələnməyin, milli-mənəvi dəyərlərimizə sahib çıxmağın əhəmiyyətini vurğulayıb.
O.Mirzəyev adına tam orta məktəbin direktoru Daşdəmir Ulfanof bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin radikalizm meyillərinin qarşısının alınmasında, gənclərin  dini baxışlarının düzgün istiqamətləndirilməsində böyük rol oynadığını diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.
 


Son baxılan xəbərlər

Sumqayıtda “Milli-mənəvi dəyərlərimizdə humanizm prinsipləri” mövzusu müzakirə olunub

Press-relizlər
30.03.2018 / 14:25
Ətraflı oxu

"Erkən nikah problemləri və ona qarşı mübarizə yolları" mövzusunda onlayn tədbir keçirilib

Press-relizlər
25.05.2021 / 11:49
Ətraflı oxu

Siyəzəndə “Ölməzliyin zirvəsində: Şəhidlik” adlı onlayn formatda tədbir keçirilib

Press-relizlər
25.05.2021 / 15:51
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Konstitusiya Günü qeyd edilib

Press-relizlər
13.11.2018 / 09:37
Ətraflı oxu

Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
01.11.2019 / 10:01
Ətraflı oxu

Astara rayonunda tədbir keçirilib

Press-relizlər
23.05.2019 / 16:56
Ətraflı oxu