Zərdabda “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər / 15.01.2018 / 09:34

Yanvarın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və vətənpərvərliyin vəhdəti” mövzusunda tədbir keçirilib, DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Zərdab rayon Gənclər Mərkəzində təşkil olunmuş tədbirdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ələkbər Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, aktiv fəaliyyəti ilə seçilən gənclər, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov “Şəhadət” sənədli filmi haqqında danışaraq bildirib ki, filmdə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgərlərimizdən, onların bütün xalqımız və dövlətimiz tərəfindən ehtiramla yad edildiyindən, eləcə də cihad adı altında xarici dövlətlərdə fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrin tərkibində vuruşan insanların acı taleyindən bəhs olunur. O qeyd edib ki, gənc nəslin düzgün istiqamətdə, Vətənə layiq övlad kimi tərbiyə olunmasında “Şəhadət” kimi sənədli filmlərin çox böyük əhəmiyyəti var.       
Daha sonra tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov “Şəhadət” sənədli filminin əhəmiyyətindən bəhs edərək, filmin hazırlanmasında əsas məqsədin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı onları məlumatlandırmaq olduğunu diqqətə çatdırıb.
Sonda “Şəhadət” sənədli filmi təqdim olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
  


Son baxılan xəbərlər

Gəncədə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri – dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
13.09.2018 / 12:54
Ətraflı oxu

Azərbaycanda dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır

Press-relizlər
31.05.2018 / 18:00
Ətraflı oxu

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
10.12.2018 / 13:07
Ətraflı oxu

Masallıda “Dini radikalizm və onunla mübarizə yolları” mövzusu müzakirə olunub

Press-relizlər
28.11.2019 / 14:49
Ətraflı oxu

Nic qəsəbəsindəki Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir və bərpa edilərək istifadəyə ...

Xəbərlər
07.11.2020 / 15:41
Ətraflı oxu

Din xadimləri "Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri" mövzusunu müzakirə ediblər

Press-relizlər
28.07.2021 / 12:09
Ətraflı oxu