Xızıda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 11.01.2018 / 15:51

Yanvarın 11-də Xızı rayonu Nicat Allahverdiyev adına Sitalçay kənd tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə məktəbin direktoru Zəfər Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zəfər Novruzov bildirib ki, gənclərin yad ideologiyalardan və zərərli vərdişlərdən qorunmasında elmin, təhsilin, dini maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyəti var. Natiq çıxışında radikalizm, fanatizm kimi neqativ halların qarşısının alınmasında həqiqi İslam dəyərlərinin təbliğinin əhəmiyyətli olduğunu vurğulayıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov qeyd edib ki, radikal dini qrupların və qeyri-ənənəvi cərəyanların zərərlərinin qarşısının aınması, milli-mənəvi dəyərlərin və ölkədəki tolerantlıq mühitinin qorunub saxlanılması savadlı, vətənpərvər gənc nəslin formalaşmasından asılıdır. Natiq bildirib ki, təqdim olunan “Şəhadət” sənədli filmi gənclərə yad və zərərli dini düşüncələrin fərdin və cəmiyyətin həyatına təhlükəli təsirlərini izah etmək, onlara ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən oğullarının vətənpərvərlik əxlaqını və şücaətini aşılamaq məqsədi daşıyır.
Daha sonra “Şəhadət”sənədli filmi nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Press-relizlər
26.07.2019 / 10:56
Ətraflı oxu

Mübariz Qurbanlı: “Azərbaycan hər bir İslam ölkəsi ilə dostyana münasibətlərə malikdir”

Açıqlama
12.01.2017 / 13:13
Ətraflı oxu

Zaqatalada “Dini abidələrimiz” layihəsi çərçivəsində tədbir təşkil olunub

Press-relizlər
08.11.2017 / 15:08
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Bayıl qəsəbəsi 51 saylı tam orta məktəbdə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda ...

Press-relizlər
16.05.2018 / 14:34
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.05.2019 / 16:18
Ətraflı oxu