Sabirabadda “Milli-mənəvi dəyərlərin qorunmasında İslam dininin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 05.01.2018 / 11:38

Yanvarın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində  “Milli-mənəvi dəyərlərin qorunmasında İslam dininin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev, dini icmanın dini ayinlərinin icraçısı Elvin Zeynallı, dini icma üzvləri, kənd ziyalıları,  ağsaqqalar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına dövlət dəstəyindən danışıb. O, həmçinin xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə malik olduğunu, bu dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu bildirib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxışında “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlərin, həm ölkə miqyasında, həm də ölkə xaricində keçirilən beynəlxalq tədbirlərin Azərbaycanın, ölkə Prezidenti cənab İlham Əliyevin dünyada dinlərarası, mədəniyyətlərarası həmrəyliyə və dialoqa töhfəsi kimi yüksək qiymətləndirildiyini vurğulayıb.
Dini icmanın  dini ayinlərinin  icraçısı Elvin Zeynallı Azərbaycanın milli və dini baxımdan hər zaman tolerant ölkə olduğunu, əsrlərboyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin ölkəmizdə azadlıq və dostluq mühitində yaşadıqlarını diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib. 


Son baxılan xəbərlər

Apellyasiya komissiyasına müraciət etmək istəyənlərin nəzərinə!

Xəbərlər
21.09.2023 / 17:51
Ətraflı oxu

Türk dünyasının multikulturalizmi

Multikulturalizm
30.03.2016 / 11:17
Ətraflı oxu

Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!

Press-relizlər
26.11.2019 / 15:35
Ətraflı oxu

Kürdəmirdə “İslamın birlik və bərabərliyə verdiyi əhəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
15.03.2017 / 17:17
Ətraflı oxu

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mövzusunda növbəti sessiya keçirilib

Xəbərlər
03.05.2019 / 18:33
Ətraflı oxu

“Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə edilib

Xəbərlər
26.08.2021 / 11:30
Ətraflı oxu