.jpeg&w=1200)
Press-relizlər / 28.12.2017 / 11:23
Dekabrın 27-də Qobustan Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən dini icma sədrlərinin və imamların iştirakı ilə 2017-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Qobustan RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, yerli icra nümayəndələri, dini icma sədrləri və imamlar iştirak ediblər.

Əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qobustan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov rayondakı dini durumu təhlil edərək bildirib ki, il ərzində bu sahədə bir sıra irəliləyişlər əldə edilib. Təsadüfi deyil ki, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olması bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətini artırıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli məruzəsində Dövlət Komitəsinin 2017-ci ildə gördüyü işlər, eləcə də növbəti ildə qarşıda duran vəzifələr, 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi, o cümlədən bölgədəki dini durum barədə danışıb.
Daha sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev dini fəaliyyətlə məşğul olan şəxslərin rayonda dini durumun sabitliyinin qorunması sahəsində daha effektiv və ardıcıl fəaliyyət göstərmələrini tövsiyə edərək Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvalarının yerinə yetirilməsi məsələlərini xüsusi diqqətə çatdırıb.
Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup dini icma sədri Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən təltif olunub.