Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib

Press-relizlər / 22.12.2017 / 16:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının 10-da ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə imzaladığı Fərmana əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının imzaladığı əmrə əsasən ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Mehman Qurban oğlu İsmayılov icraçı direktor vəzifəsinə təyin edilib. M.Q.İsmayılov indiyədək Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musa oğlu Musayev Fondun Himayəçilər Şurasının sədri, üzvlüyünə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sahibə Əli qızı Qafarova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Məmmədiyyə qızı Sofiyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi Teymur Həşim oğlu Kərimli və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Vaqif oğlu Quliyev  təyin ediliblər.                                                                
 

Son baxılan xəbərlər

Dövlət Komitəsinin şöbə müdiri: “ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyası tarixi faktları saxtalaşdırıb”

Açıqlama
06.05.2016 / 18:55
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

Xəbərlər
20.12.2017 / 17:55
Ətraflı oxu

“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.02.2020 / 16:50
Ətraflı oxu

Azərbaycanda səfərdə olan Gürcüstan nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ...

Xəbərlər
26.08.2021 / 11:51
Ətraflı oxu

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədrinə Azərbaycandakı tolerant mühit barədə ətraflı məlumat verilib

Xəbərlər
26.08.2021 / 17:10
Ətraflı oxu

“İslam sivilizasiyası Qafqazda” mövzusunda İkinci Beynəlxalq Simpozium keçiriləcək

Press-relizlər
02.04.2019 / 16:40
Ətraflı oxu