Dövlət qeydiyyatına alınmış dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər / 22.12.2017 / 15:13

Dekabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış 9 dini icmaya şəhadətnamələr təqdim edilib. Tədbirdə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan edilən “İslam Həmrəyliyi İli”nin əhəmiyyətinə toxunan Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bu müdrik, düşünülmüş addımın istər ölkəmiz baxımından, istərsə də dünya miqyasında strateji əhəmiyyətə malik olduğunu bildirib. Bunun dünən Bakıda keçirilən beynəlxalq konfransda da bir daha öz təsdiqini tapdığını vurğulayıb.
“İslam Həmrəyliyi İli”nin elan olunmasının həm daxili, həm də beynəlxalq-ümumbəşəri çağırışları ehtiva etdiyini deyən Səyavuş Heydərov tarixən İslam dünyasının bir parçasına çevrilmiş ölkəmizin bununla öz milli-mənəvi dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirdiyini vurğulayıb.
Dini icma sədrlərinə tövsiyələrini də verən sədr müavini onları cəmiyyətin dini baxımdan düzgün maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsində, eyni zamanda tolerant və multikultural mühitin daha da inkişaf etdirilməsində fəal rol oynamağa, yeni təşəbbüslərlə çıxış etməyə çağırıb.
Sonda icma sədrlərinə qeydiyyat şəhadətnamələri təqdim edilib.
Qeyd edək ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi “Hacı Bəyverdi” məscidi, Ucar rayonu Alpout kəndi Hz. Əbəlfəzl adına “Cümə” məscidi, Ucar rayonu Müsüslü kənd məscidi, Lənkəran rayonu Şovu kənd  məscidi, Lənkəran rayonu Diryan kənd məscidi, İmişli şəhəri “İmam Hüseyn” məscidi, Saatlı rayon Çolpı kəndi “İmam Əli” məscidi Masallı şəhəri, Ərkivan qəsəbə inzibati ərazi dairəsinin “Şeyx Səfi” məscidi və Neftçala rayonu Şirvanlı kəndi “Həsənağa” məscidi dini icmaları dövlət qeydiyyatına alınıb. Bununla Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 793-ə çatıb.


Son baxılan xəbərlər

Zaqatalada “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?“ mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
01.12.2021 / 15:43
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər
02.11.2018 / 17:05
Ətraflı oxu

Cocuq Mərcanlıda “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.01.2018 / 10:02
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib

Press-relizlər
14.11.2019 / 17:35
Ətraflı oxu

Ağdaşda fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icma üzvləri ilə görüş keçirilib

Xəbərlər
30.11.2021 / 13:33
Ətraflı oxu