Göygöl şəhərində növbəti dini maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər / 20.12.2017 / 16:17

Dekabrın 20-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə vəsaiti hesabına Göygöl rayonu Gənclər evində Göygöl şəhər Heydər məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülhə və tolerantlığa çağırır” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və şöbənin digər əməkdaşları, DQİDK-nın Dini marifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev, Göygöl Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Gənclər və İdman İdarəsinin müdiri Zaur Abbasov, Göygöl şəhər Heydər məscidi dini icmasının sədri Əlaslan Cəfərov, dini icma üzvləri, məktəblilər və gənclər iştirak ediblər.
Göygöl RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov dini maarifləndirmənin müasir dövrdə çox böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək DQİDK-nın rəhbərliyinə bu kimi tədbirlərin təşkilinə görə öz minnətdarlığını bildirib. 
Tədbirdə  ekspert qismində çıxış edən DQİDK-nın Dini marifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev çıxışında Azərbaycanda mövcud olan dinlərarası və məzhəblərarası qarşılıqlı hörmət, həmrəylik və etimad mühitinin digər ölkələr üçün nümunə olduğunu bildirib. Dini icma sədri Əlaslan Cəfərov “İslam Həmrəyliyi İli” çərçivəsində Göygöl şəhər Heydər məscidi dini icmasının Dövlət Komitəsi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.   
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 
 


Son baxılan xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri: Erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini davam etdirməkdədir

Açıqlama
28.10.2020 / 12:01
Ətraflı oxu

DQİDK sədri İordaniya Haşimilər Krallığının səfiri ilə görüşüb

Press-relizlər
09.12.2020 / 15:51
Ətraflı oxu

Qubada insan hüquqları aylığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
10.06.2016 / 16:00
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirib

Press-relizlər
24.02.2017 / 15:30
Ətraflı oxu

Mehriban Əliyeva: "Azərbaycan dünyada millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzinə çevrilib"

İSLAM HƏMRƏYLİYİ İLİ
27.12.2017 / 16:56
Ətraflı oxu

Qaxda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.07.2019 / 16:35
Ətraflı oxu