Məktəblərdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 19.12.2017 / 17:41

Dekabrın 19-da Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Yasamal rayonu 31 nömrəli tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.
“Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və dini radikalizmlə mübarizə” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, məktəbin direktoru Kərim Abidi, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru K.Abidi gənclərin radikal dini cərəyanların, yad düşüncələrin təsirindən qorunması, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi məqsədi ilə keçirilən bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini iştirakçıların diqqətinə çatdırıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Q.Sultanova Azərbaycanda dövlət-din münasibətlərindən və İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. O bildirib ki, İslam dini insanları təhsilə, elmə, həmrəyliyə çağırır və dini radikalizmə “yox” deyir.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov qeyd edib ki, Azərbaycandakı tolerant mühit dünya ölkələri üçün birgəyaşayış nümunəsidir. Burada müxtəlif dinlərə və dillərə məxsus insanlar əsrlərboyu bir yerdə yaşayıblar. Tarixin heç bir dövründə Azərbaycanda nə dini, nə də etnik baxımdan qarşıdurma yaşanmayıb. Bu gün də bu prinsiplər xalqımız və dövlətimiz tərəfindən qorunur.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirin sonunda məktəbin direktoru K.Abidi maarifləndirmə sahəsində həyata keçirilən belə silsilə tədbirlərin əhəmiyyətini vurğulayaraq məruzəçilərə məktəbin kollektivi adından təşəkkür edib.
 


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Amerikanın Səsi"nə müsahibə verib

Müsahibələr
28.04.2015 / 12:17
Ətraflı oxu

Amil Cavadov: "Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb"

Müsahibələr
31.01.2019 / 12:44
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
04.02.2020 / 14:36
Ətraflı oxu

Vətənpərvərlik radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitədir

Press-relizlər
09.03.2018 / 09:33
Ətraflı oxu

Zərdabda “Məişət zorakılığı, erkən nikah, narkomaniya və dini radikalizm” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.12.2021 / 11:05
Ətraflı oxu

Balakəndə “Dini radikalizmlə mübarizə: necə və nə etməli?” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
24.09.2019 / 15:03
Ətraflı oxu