İslam həmrəylik dinidir

Press-relizlər / 15.12.2017 / 10:47

Dekabrın 15-də Lənkəran rayonu Ləj kənd məscidi dini icmasının “İslam humanizm və həmrəylik dinidir” adlı layihə çərçivəsində rayonun Kərgəlan kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, AMEA-nın doktorantı Samid Quliyev, Kərgəlan kənd tam orta məktəbinin direktoru Heybət İsmayılov, Ləj kənd məscidi dini icmasının sədri Əziz Şərifov, müəllimlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Kərgəlan kənd tam orta məktəbinin direktoru Heybət İsmayılov çıxışında gənclərin yad ideologiyalardan və dini radikalizmdən qorunmasında elmin, təhsilin və maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyəti olduğunu qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxış edərək ölkəmizdə yaşayan bütün dinlərin və xalqların nümayəndələrinə, onların mədəniyyətlərinə qarşılıqlı hörmətlə yanaşıldığını, həmrəylik və birliyin hökm sürdüyünü bildirib. E.Həmidli “İslam Həmrəyliyi İli” haqqında məlumat verərək qeyd edib ki, bu çağırış təkcə müsəlman aləmində deyil, bütün dünyada həm dinlərarası, həm də məzhəblərarası dialoqa mühüm töhfədir.
AMEA-nın doktorantı Samid Quliyev Azərbaycanda yüksək tolerantlıq və multikultural ənənələrin, dinlərarası və məzhəblərarası həmrəyliyin mövcud olduğunu, bu baxımdan ölkəmizin digər ölkələr üçün nümunə olduğunu vurğulayıb.
Ləj kənd məscidi dini icmasının sədri Əziz Şərifov və digərləri çıxışlarında həyata keçirilən maarifləndirmə tədbirini yüksək qiymətləndiriblər.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
 
 
 


Son baxılan xəbərlər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacıqabulda vətəndaşları qəbul edəcək

Press-relizlər
25.04.2022 / 11:24
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun Günü” tədbiri keçirilib

Xəbərlər
05.07.2022 / 17:12
Ətraflı oxu

“N” saylı hərbi hissədə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib

Xəbərlər
16.08.2021 / 17:33
Ətraflı oxu

Sumqayıtda dini ayin icraçısı olmaq istəyən qadın namizədlərlə görüş keçirilib

Xəbərlər
06.06.2022 / 17:04
Ətraflı oxu

“Zəfərə aparan yol – milli və dini həmrəylik” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
02.03.2021 / 16:44
Ətraflı oxu