Dövlət Komitəsində görüş olub

Press-relizlər / 14.12.2017 / 16:31

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dekabrın 14-də Yeddinci Günün Adventistləri Kilsəsinin Ümumdünya Cəmiyyətinin ictimai əlaqələr və din azadlığı şöbəsinin rəhbəri Qanun Diop və onu müşayiət edən nümayəndə heyəti  ilə görüşüb.
Nümayəndə heyətini salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı onlara ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində yaranan sabit dini durum və multikultural mühit barədə söz açıb. Bildirib ki, dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlığa xalqımız təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır.
Azərbaycanda 28-i qeyri-islam olmaqla 784 dini icmanın dövlət qeydiyyatına alındığını bildirən Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb. Mübariz Qurbanlı ölkədəki müxtəlif mədəniyyətlər, dinlər, məzhəblər arasındakı dözümlülük ənənəsinə, milli-mənəvi dəyərlərimizə dövlətin verdiyi önəmin təzahürü olaraq  2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini  bildirib.
Rusiya Federasiyasının İctimai Palatasının və Rusiya Federasiyasının Prezidenti yanında Dini Qurumlarla Əməkdaşlıq Şurasının üzvü Oleq Yuryeviç ölkəmizdə bütün dini konfessiyalar, icmalar və müxtəlif xalqların nümayəndələri üçün mövcud olan tolerant mühitin əyani şahidi olduğunu bildirib. Qonaq əhalisinin 96 faizinin müsəlman olduğu ölkədə bu cür mühitin olmasının dünyada az rast gəlinən hal olduğunu diqqətə çatdırıb.
İkinci dəfə Azərbaycana səfər etdiyini deyən Yeddinci Günün Adventistləri Kilsəsinin Ümumdünya Cəmiyyətinin ictimai əlaqələr və din azadlığı şöbəsinin rəhbəri Qanun Diop respublikamızın daha da inkişaf etdiyini və gözəlləşdiyini vurğulayıb. Yeddinci günün adventistləri dini icmasının 100 ildən artıq Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edən Qanun Diop icmanın fəaliyyəti üçün yaradılan azad və tolerant mühitə görə dövlətimizə minnətdarlığını bildirib.
Görüşün sonunda qonaqlara Azərbaycandakı tolerant mühitin əks olunduğu kitablar hədiyyə edilib.


Son baxılan xəbərlər

Lənkəranda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
18.02.2021 / 13:02
Ətraflı oxu

Şəmkirdə yerləşən hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
27.07.2022 / 09:41
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində onlayn iclas keçirilib

Xəbərlər
01.07.2021 / 17:44
Ətraflı oxu

ABŞ Konqresində Azərbaycandakı dövlət-din münasibətlərinə yüksək qiymət verilib (Foto)

Xəbərlər
07.02.2014 / 10:23
Ətraflı oxu

Qubada “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” mövzusunda tədbir keçirilib

Press-relizlər
30.06.2022 / 16:00
Ətraflı oxu

Lənkəranda "Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
28.08.2019 / 16:11
Ətraflı oxu