Zaqatalada maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 13.12.2017 / 13:56

Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Yolayrıc kənd məscidi dini icmasınınPaşan kənd tam orta məktəbində “Dini abidələrimiz” layihəsi çərçivəsində “Dini abidələrimiz birgəyaşayışımızın təminatçısı kimi” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə, məktəbin direktoru Elnarə Məmmədova, Yolayrıc kənd məscidi dini icmasının sədri Yunus Eminov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elnarə Məmmədova milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan abidələrimizi qorumağın və gələcək nəsillərə çatdırmağın önəmindən danışıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sərxan Tahirzadə bildirib ki, ermənilərin işğal etdiyi Azərbaycan ərazilərində İslam memarlıq abidələri məhv edilir. Natiq eyni zamanda, regionda çoxlu dini abidələrin olduğunu qeyd edərək, dövlətimizin dini abidələrə olan qayğısından danışıb. O, mədəniyyətimizin bir hissəsi olan bu abidələri qorumağın vacibliyini vurğulayıb.
Yolayrıc kənd məscidi dini icmasının sədri Yunus Eminov çıxışında isə bildirib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edib

Press-relizlər
27.05.2022 / 16:14
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Əsas məqsədimiz dini maarifçilik işini yüksək səviyyəyə qaldırmaqdır”

Müsahibələr
21.07.2017 / 11:57
Ətraflı oxu

Sabirabadda dini icmalarla birgə tədbir keçirilib

Press-relizlər
07.02.2019 / 14:35
Ətraflı oxu

Dövlət-din münasibətləri Xalq Cümhuriyyəti dövründə də mükəmməl tənzimlənirdi

Press-relizlər
04.04.2018 / 15:22
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutuna sənəd qəbulu davam edir

Press-relizlər
20.08.2018 / 15:23
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Xəbərlər
11.05.2022 / 15:07
Ətraflı oxu