Bərdədə “İslam həmrəyliyi və onun əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir təşkil olunub

Press-relizlər / 13.12.2017 / 14:41

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə rayon Lənbəran  kənd “Hacı Həmid” məscidi dini icması tərəfindən dekabrın 13-də  “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” layihəsi çərçivəsində “İslam həmrəyliyi və onun əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın əməkdaşı Anar Əliyev, Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə rayon Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev, Bərdə rayon Uğurbəyli kənd məscidi din icmasının sədri Səbuhi Hacıyev, din xadimləri, dindarlar və gənclər iştrak ediblər.
RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov DQİDK-nın dəstəyi ilə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, Bərdə rayon “İmamzadə” məscidi və Uğurbəyli kənd məscidi dini icmaları tərəfindən həyata keçirilmiş layihələrin nəticələri barədə məlumat verib.
Mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Anar Əliyev Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin dövrün tələbi olduğunu diqqətə çatdırıb, multikulturalizmin Azərbaycan modelinin dünyaya örnək olduğunu vurğulayıb. Natiq DQİDK-nın ölkəmizin multikultural və tolerant mühitinin istər respublika daxilində, istərsə də xaricində təbliğatının həyata keçirilməsində böyük səylə çalışmasından bəhs edib, bu istiqamətdə cəmiyyətin hər bir fərdinin aktivliyinə ehtiyac duyulduğunu deyib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov bildirib ki, İslam həmrəyliyi özünün əsl mahiyyəti ilə ölkəmizdə təzahür edir və bu birliyin, həmrəyliyin fonunda Azərbaycan dünyaya birgəyaşayış modelini göstərir.
Daha sonra Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev çıxış edərək Lənbəran kəndindəki dini durum barədə məlumat verib, dini icmanın icra etdiyi “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər barədə danışıb.
Mövzu ilə bağlı Uğurbəyli kənd məscidi din icmasının sədri Səbuhi Hacıyev, kənd sakinləri Fəzail Əliyev və Oqtay Tapdıqlı çıxış edərək dini icmalara verilmiş layihələr çərçivəsində baş tutan dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.
Sonda tədbir iştrakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Gədəbəydə "Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib

Xəbərlər
10.03.2022 / 17:51
Ətraflı oxu

Mübariz Qurbanlı: “Məscidlərdə veb-kameralar quraşdırılacaq, təhlükəsizlik tədbirləri gücləndiriləcək”

Açıqlama
03.12.2015 / 16:38
Ətraflı oxu

Beyləqanda “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
21.08.2019 / 14:07
Ətraflı oxu

Dövlət-din münasibətləri: istiqamətlər və hədəflər

Xəbərlər
03.12.2020 / 17:07
Ətraflı oxu

"Müsəlman kimliyi" kitabı

Kitablar
04.05.2015 / 12:48
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir

Xəbərlər
10.05.2018 / 09:45
Ətraflı oxu