Bölgələrdə maarifləndrimə tədbirləri davam etdirilir

Press-relizlər / 04.12.2017 / 17:39

Dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Yolayrıc  kənd məscidi dini icması tərəfindən “Dini abidələrimiz” layihəsi çərçivəsində “İslam və tarixi abidələr” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) başçısının Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədkamil Qardaşov, dini icmanın sədri Yunus Eminov, eləcə də ziyalılar, məktəb müəllimləri və gənclər iştirak ediblər.
Yolayrıc kənd məscidi dini icmasının sədri Yunus Eminov layihə barədə məlumat verib və keçirilən maarifləndirmə tədbirlərindən danışıb.
RİH başçısının Maqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmmədkamil Qardaşov həmin ərazidə yerləşən dini abidələr barədə məlumat verib, din və dövlət münasibətlərinə toxunub.  
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov İslam dininin abidələrə münasibəti barədə danışıb, milli dəyərlərimizin tərkib hissəsi olan dini abidələrin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. O, həmçinin İslam mədəniyyətinin inkişafına Azərbaycan xalqının verdiyi töhfələrdən bəhs edib.
QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev isə “İslam və incəsənət” mövzusunda məruzə edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin əməkdaşının məqaləsi xarici mətbuatda işıqlandırılıb

Xəbərlər
23.09.2020 / 16:18
Ətraflı oxu

Nardaranda “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi uğurla icra olunur

Press-relizlər
13.02.2017 / 17:06
Ətraflı oxu

Yardımlıda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda seminar keçirilib

Press-relizlər
03.12.2021 / 18:02
Ətraflı oxu

“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.11.2019 / 14:25
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edib

Press-relizlər
20.02.2018 / 18:13
Ətraflı oxu

4 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.03.2015 / 15:32
Ətraflı oxu