Ələt qəsəbəsində dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər / 22.11.2017 / 16:39

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Qaradağ rayonu Ələt qəsəbəsindəki 110 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Komitənin Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov, Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsirov, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaradağ Rayon İdarəsinin əməkdaşı Arif Hacıyev, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşı Babək Abbasov, qəsəbə ziyalıları, müəllim və şagirdlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Yusif Nəsirov mövzunun əhəmiyyətindən danışıb. Natiq təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin silsilə xarakter daşıdığını vurğulayıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov bildirib ki, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer olmadığını diqqətə çatdıran Ə.Zülfüqarov İslamın dini ekstremizm kimi hallara alət olunmasının yolverilməz olduğunu bildirib. Natiq, eyni zamanda dini radikalizmin milli təhlükəsizliyə təhdid olduğunu, ona qarşı birgə mübarizənin vacibliyini vurğulayıb.
2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının önəmindən də danışan şöbə müdiri bu təşəbbüsün İslam dünyasına mesaj xarakteri daşıdığını bildirib. 
Tədbirdə ölkəmizin dini tolerantlıq sahəsində dünyaya örnək olduğu diqqətə çatdırılıb, eləcə də gənclərin dini radikalizmin təsirinə düşməsi ilə əlaqədar nəzəri və praktik nümunələr verilib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.
  


Son baxılan xəbərlər

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 14:44
Ətraflı oxu

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Dini İşlər İdarəsi arasında Memorandum ...

Xəbərlər
19.12.2012 / 14:25
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

Press-relizlər
15.11.2019 / 18:08
Ətraflı oxu

“Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər
10.01.2017 / 12:46
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Göygöldə vətəndaşları qəbul edəcək

Press-relizlər
23.06.2016 / 12:07
Ətraflı oxu

Lənkəranda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə edilib

Press-relizlər
08.12.2021 / 11:13
Ətraflı oxu