Elşad İskəndərov Səudiyyə Ərəbistanı Krallığında rəsmi görüşlər keçirib (Foto)

Press-relizlər / 06.02.2013 / 18:45

Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov fevralın 6-da Krallığın İslam İşləri, Vəqflər, Dəvət və İrşad nazirliyinin rəhbərliyi ilə görüşmüşdür. İşgüzar və səmimi şəraitdə keçən görüşdə Elşad İskəndərov səfərə rəsmi dəvətə görə təşəkkürünü bildirmiş, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin hazırkı durumundan məmnunluğunu ifadə etmişdir. Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanının beynəlxalq platformada Azərbaycanın haqlı mövqeyinə, ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə  təşəkkürünü bildirmişdir. 
Daha sonra E. İskəndərov Azərbaycanda dövlət-din münasibətləri, DQİDK-nın son dövrlərdə gördüyü işlər, dini maarifləndirmə sahəsində yeni təşəbbüslər, dövlətimizin milli-mənəvi və dini-tarixi dəyərlərin qorunması, inkişaf etdirilməsi istiqamətində dəstəyi barədə ətraflı məlumat vermişdir. 
Öz növbəsində qarşı tərəf Səudiyyə Ərəbistanındakı tarixi-dini ənənələr, dövlətin din siyasəti, rəhbərlik etdiyi nazirliyin strukturu, həyata keçirdiyi işlər, barəsində geniş danışmışdır. Söhbət zamanı əməkdaşlıq perspektivləri, hər iki dövlət qurumunun birgə reallaşdıra biləcəyi layihələr, müzakirə olunmuş, müvafiq razılıqlar əldə edilmişdir.
Görüşdə xüsusilə müasir dünyada mövcud olan islamafobiya, radikal dini dünyagörüşləri müzakirə edilmiş, bu istiqamətdə görülə biləcək birgə işlər ətrafında fikir mübadiləsi aparılmışdır.  Görüşün sonunda müzakirə edilmiş əməkdaşlıq imkanlarının əks olunacağı memorandum layihəsinin hazırlanması barədə razılığa gəlinmişdir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanına səfər çərçivəsində DQDİK sədrinin bu ölkənin həcc naziri, Dinlər və Mədəniyyətlərarası Dialoq üzrə Milli Mərkəzinin və Daxili İşlər Nazirliyinin Şəhzadə Nalf adına Reabilitasiya Mərkəzinin rəhbərlikləri, həmçinin bir sıra digər dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulmuşdur.


Son baxılan xəbərlər

Ramazan Bayramı ərəfəsində Ümummilli Liderin məzarı və Şəhidlər Xiyabanı ziyarət edilmişdir

Press-relizlər
11.10.2012 / 22:30
Ətraflı oxu

"Suraxanı Oil" Əməliyyat Şirkətinin kollektivi ilə dini radikalizmə qarşı mübarizə istiqamətində maarifləndirici görüş keçirilib

Press-relizlər
23.04.2019 / 12:48
Ətraflı oxu

Rayonlarda maarifləndirici görüşlər baş tutub

Xəbərlər
10.06.2022 / 10:06
Ətraflı oxu

Qubada “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi” mövzusunda seminar keçirilib

Press-relizlər
19.06.2019 / 17:37
Ətraflı oxu

Lerikdə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda ikigünlük seminar-treninq keçirilir

Press-relizlər
10.04.2019 / 15:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Xəbərlər
10.03.2020 / 14:52
Ətraflı oxu