Siyəzəndə “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 10.11.2017 / 15:05

Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Quba Regional Mərkəzinin və Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Siyəzən şəhəri 3 saylı tam orta məktəbdə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Ombudsmanın Quba Regional Mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Siyəzən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov, məktəbin müəllim və şagird heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Siyəzən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov bildirib ki, rayonda vətəndaş hüquqlarının müdafiəsi sahəsində bir sıra tədbirlər icra olunur və vətəndaşlara hüquq sahəsində biliklər aşılanır. Eyni zamanda uşaqların hüquqlarının müdafiə olunması baxımından da mütəmadi olaraq tədbirlər icra olunur.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, uşaqların hüquqları dövlət səviyyəsində qorunur. Dünyanın bir çox ölkələrində, o cümlədən müharibə gedən müsəlman dövlətlərində isə bu tam əksinədir. Uşaqların hüquqları pozulur, onların bu ölkələrdə vətəndaş kimi yaşamaq haqqı tam şəkildə əllərindən alınır.
Ombudsmanın Quba Regional Mərkəzinin direktoru Bəhruz Əfəndiyev “Uşaq hüquqları konvensiyası” haqqında ümumi məlumat verib. O bildirib ki, konvensiyada uşaqların hüquqlarının qorunması məqsədilə nəzərdə tutulan maddələr Azərbaycan Respublikasında tam şəkildə icra olunmaqdadır.
Tədbirdə çıxış edən digər natiqlər mövzuya dair fikir və mülahizələrini bildiriblər.
 


Son baxılan xəbərlər

Gündüz İsmayılov: "Ermənistan işğal altında qalan tarixi-dini abidələrimizlə bağlı fəaliyyəti 3 istiqamətdə həyata keçirib"

Açıqlama
26.10.2020 / 10:55
Ətraflı oxu

Şirvanda "Sülh aylığı" çərçivəsində tədbir keçirilib

Press-relizlər
03.09.2015 / 09:51
Ətraflı oxu

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

Xəbərlər
19.10.2018 / 15:25
Ətraflı oxu

Qubada maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
19.11.2019 / 14:22
Ətraflı oxu

Qazax rayonunda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
26.04.2018 / 17:36
Ətraflı oxu

Qusarda “İslam dinində insan haqları” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.06.2018 / 14:40
Ətraflı oxu