Zərdabda “İslam sülh və həmrəylik dinidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər / 01.11.2017 / 17:18

Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Xanməmmədli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi-müsəlman dünyasının xilası” layihəsi çərçivəsində “İslam sülh və həmrəylik dinidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Zərdab rayonu Xanməmmədli kənd məscidində keçirilən tədbirdə Zərdab RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, dini icmanın sədri Səmid Cavadov, dini icma üzvləri, dindarlar, kənd ictimaiyyətinin nümayəndələri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zərdab RİH başçısı Aparatının nümayəndəsi Murad Həsənov  İslamın sülh və vəhdət dini olduğunu, müqəddəs kitabımızın dünyanı barışığa çağırdığını, Azərbaycan xalqının tarixən sülhsevər xalq olduğunu diqqətə çatdırıb.
 DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı öz çıxışında dindarların maarifləndirilməsi işinin və İslam dininin bəşəriyyətə səslədiyi birlik və bərabərliyin təbliğ olunmasının vacibliyini vurğulayıb. O, ölkə rəhbərliyinin  dini icmalara qayğı və diqqətlə yanaşmasının dövlət və din siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyib.
Daha sonra Zərdab rayonu Xanməmmədli kənd məscidi dini icmasının sədri Səmid Cavadov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov və digər natiqlərin çıxışları dinlənilib. Çıxış edən natiqlər qeyd ediblər ki, İslam dininin təməlini sülh və qardaşlıq təşkil edir. Bu din yarandığı andan insana böyük dəyər verib, bəşəriyyətin sülh və əmin-amanlıq içərisində yaşamasını təbliğ edib.
Mövzu ilə bağlı tədbirin sonunda diskussiya təşkil olunub və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib
 
    

Son baxılan xəbərlər

Qurban bayramı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyələri

Xəbərlər
16.07.2021 / 11:08
Ətraflı oxu

Kürdəmirdə gənclərlə görüş keçirilib

Press-relizlər
23.11.2016 / 15:15
Ətraflı oxu

Neftçalada “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusu müzakirə edilib

Xəbərlər
26.11.2021 / 18:03
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Trend-ə müsahibə verib

Müsahibələr
05.09.2018 / 15:24
Ətraflı oxu

Şamaxıda soyqırımı qurbanlarının xatirəsi anılıb

Press-relizlər
30.03.2019 / 09:34
Ətraflı oxu

Astarada növbəti maarifləndirici tədbir təşkil olunub

Press-relizlər
26.09.2017 / 09:53
Ətraflı oxu