Zaqatalada “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” adlı tədbir təşkil olunub

Press-relizlər / 31.10.2017 / 17:28

Oktyabrın 31-də Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbində “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” adlı tədbir təşkil olunub.
Yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Alimə Qurbanova müasir gəncliyin müxtəlif istiqamətlərdə maariflənməsinin əhəmiyyətindən danışıb.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev milli-mənəvi dəyərlərin qorunmasının vacibliyindən, milli dəyərlərimizə qarşı yönələn yad ünsürlərlə mübarizənin əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə isə gənc nəslin sağlam ruhda yetişdirilməsinin zəruri məsələ olduğunu qeyd edib. O vurğulayıb ki, hər birimiz milli-mənəvi dəyərlərin daşıyıcısı o cümlədən  onun qoruyucusu olmalıyıq.
Zaqatala RTŞ-nın əməkdaşı Günəş Əsgərova təhsilin dini radikalizmlə mübarizədəki vacib rolundan, Azərbaycan maarifçilərinin 19-cu əsrdə dini mövhumata, fanatizmə və dini xurafata qarşı apardığı mübarizədən bəhs edərək, bildirib ki, şagirdlərin bu barədə geniş məlumatlara yiyələnmələri mühüm əhəmiyyət kəsb edir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu

Qubada “İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirilib

Press-relizlər
09.06.2020 / 11:31
Ətraflı oxu

"Balakhani Operating Company" şirkətində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
22.10.2019 / 16:41
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlığa obyektiv yanaşma ...

Press-relizlər
12.06.2020 / 15:22
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizəyə həsr edilmiş maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.04.2019 / 11:24
Ətraflı oxu

Samuxda “Radikalizmlə mübarizə üsulları” mövzusu müzakirə olunub

Press-relizlər
30.09.2022 / 16:40
Ətraflı oxu