“Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir təşkil olunub

Press-relizlər / 31.10.2017 / 16:50

Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin (BSU) nəzdində fəaliyyət göstərən Məktəb-lisey kompleksində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının qorunması milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Faiq Ələkbərov, Pərvin Nuriyeva, Nəsimi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf İsgəndərov və şöbənin əməkdaşı Orxan Əzizov, məktəb-lisey kompleksinin direktoru İlahə Carçıyeva, kompleksin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BSU Məktəb-lisey kompleksinin direktoru İlahə Carçıyeva uşaq hüquqları mövzusunda beynəlxalq təcrübə haqqında qısaca məlumat verib və bu cür tədbirlərin mütəmadi həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Faiq Ələkbərov dövlətçilik ənənələrinin formalaşmasında milli-mənəvi dəyərlərimizin rolu haqqında söhbət açıb. F.Ələkbərov ölkəmizdəki sabitliyin və əmin-amanlığın qorunmasında milli dəyərlərə bağlılığın zəruri əhəmiyyət kəsb etdiyini vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Nuriyeva uşaq hüquqlarının qorunmasının milli-mənəvi dəyərlərimizdəki yeri və rolu ilə bağlı ətraflı məruzə ilə çıxış edib. P.Nuriyeva uşaqlara qayğının, onların hüquqlarının təmin edilməsinin hər bir ictimai institutun mühüm vəzifəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Son baxılan xəbərlər

Saatlıda “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və təhsil” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.01.2018 / 17:37
Ətraflı oxu

Qaxda "Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib

Press-relizlər
06.03.2023 / 17:28
Ətraflı oxu

Şirvanda “Din və ideoloji təhlükəsizlik” mövzusu müzakirə olunub

Xəbərlər
05.11.2022 / 13:52
Ətraflı oxu

Anım Günündə şəhidlərimizin xatirəsi yad edilib

Xəbərlər
27.09.2022 / 15:01
Ətraflı oxu

17 saylı cəzaçəkmə müəssisəsində “Qurban bayramının fəlsəfəsi və ictimai əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.08.2017 / 15:20
Ətraflı oxu

Balakəndə 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib

Xəbərlər
13.01.2022 / 16:55
Ətraflı oxu