Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək

Press-relizlər / 28.10.2017 / 12:15

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı cari ilin 28 oktyabr-3 noyabr tarixlərində Səudiyyə Ərəbistanı Krallığında səfərdə olacaqdır.
Səudiyyə Ərəbistanı Krallığının İslam Əlaqələri, Vəqflər, Dəvət və İrşad naziri cənab Saleh bin Əbdüləziz bin Məhəmməd Al əş-Şeyxin dəvəti ilə  baş tutacaq səfərin məqsədi iki ölkə arasında mövcud əlaqələrin genişləndirilməsi, dini ekstremizm və zorakılığın qarşısının alınması sahəsində birgə səylərin gücləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Səfər çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının İslam Əlaqələri, Vəqflər, Dəvət və İrşad naziri, Həcc naziri, eyni zamanda, Ümumdünya İslam Gənclər Assambleyası, Müsəlman Dünyası Liqası və İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə yüksək səviyyəli görüşlərin keçirilməsi, bir sıra vəqf və mərkəzlərin ziyarət edilməsi planlaşdırılır.
Görüşlərdə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, bu il çərçivəsində görülən işlər, dünyada İslamın müsbət imicinin formalaşdırılması, həmçinin, Azərbaycanda mövcud olan nümunəvi tolerant və multikultural mühit modelinin İslam ölkələri tərəfindən öyrənilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaqdır.
 

Son baxılan xəbərlər

Balakəndə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusu müzakirə olunub

Press-relizlər
28.10.2021 / 16:12
Ətraflı oxu

Qubada "Vətəni sevmək imandandır" mövzusunda tədbir keçirilib

Press-relizlər
31.05.2018 / 15:19
Ətraflı oxu

Vətəni sevmək imandandır

Press-relizlər
04.04.2018 / 17:09
Ətraflı oxu

Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
22.02.2018 / 15:58
Ətraflı oxu

Salyanda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
09.06.2015 / 14:43
Ətraflı oxu

Şamaxıda keçirilən regional konfrans panel iclasla öz işini davam etdirib

Xəbərlər
13.03.2019 / 16:48
Ətraflı oxu