“Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər / 27.10.2017 / 16:08

Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli  bölgəsi üzrə şöbəsi  və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində “Milli-mənəvi dəyərlərimizdə uşaq hüquqları” mövzusunda maarifləndirici tədbir  keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Mehriban Ağayeva, rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev, Saatlı rayon M.Əzizbəyov adına şəhər 2 saylı tam orta məktəbinin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Telman Ağayev bildirib ki, hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov çıxışında dövlətimiz tərəfindən uşaqların təhsili, sağlamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışıb, “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərin uşaqların hüquqlarının təmininə, təbliğinə və uşaqların fəallığına xidmət etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, son dövrlər yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması, eyni zamanda erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Səidə Mehdiyeva ölkəmizdə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şəraitin yaradıldığını bildirib.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin əməkdaşının məqaləsi xarici mətbuatda işıqlandırılıb

Xəbərlər
23.09.2020 / 16:18
Ətraflı oxu

Qubada “Vətən sevgisi imandandır” mövzusunda tədbir baş tutub

Press-relizlər
28.06.2018 / 17:39
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib

Xəbərlər
03.12.2018 / 17:49
Ətraflı oxu

Azərbaycan - dünyanı işıqlandıran dini tolerantlıq məkanı

Press-relizlər
03.08.2018 / 14:31
Ətraflı oxu

Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
01.11.2019 / 10:01
Ətraflı oxu

Komitə sədri Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Press-relizlər
03.09.2019 / 15:51
Ətraflı oxu