Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur

Press-relizlər / 23.10.2017 / 16:21

Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Seminar-treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, Ağstafa Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova, rayon polis şöbəsinin rəis müavini mayor Cabir Ələsgərov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağstafa RİH başçısının müavini Lalə Eyyubova bu gün dünyada gedən proseslərin, dini zəmində baş verən ixtilafların, radikalizm və ekstremizmin, islamofobiya meyillərinin müsəlman ölkələrinə dağıdıcı təsirləri barədə danışıb, bu kimi mənfi halların qarşısının alınması baxımından keçirilən seminar-treninqlərin əhəmiyyətini vurğulayıb. L.Eyyubova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modelinin formalaşdığını və bu modelin dünya üçün bir nümunə olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov bildirib ki, din və terrorizm bir-birinə zidd anlayışdır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur: “İslam dininin adından çıxış edən radikal, ekstremist qruplaşmalar törətdikləri münaqişələr və qarşıdurmalarla İslam dininin nüfuzuna xələl gətirirlər. Bununla da onlar İslamın terroru dəstəkləyən din kimi  qələmə verilməsinə  zəmin yaradırlar”- deyə qeyd edib. Ə.Zülfüqarovun sözlərinə görə, dinin ilkin hədəf və məqsədi insanların ruhi saflığı və mənəvi tərbiyə vasitəsi olduğuna görə, onu siyasətə alət etməyə yol vermək olmaz.
Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə isə qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub və dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizm və ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur.
Rayon polis şöbəsinin rəis müavini Cabir Ələsgərov çıxışında gənclərin dini radikalizm və ekstremizmdən qorunmasının vacibliyindən danışıb. O, bu istiqamətdə dini maarifləndirmənin önəmini vurğulayıb.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin əməkdaşları qanvermə aksiyasında iştirak ediblər

Xəbərlər
21.04.2020 / 12:42
Ətraflı oxu

Yaqut Əliyeva: Çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə bu gün dini etiqad azadlığı tam şəkildə təmin edilir

Açıqlama
05.03.2021 / 10:48
Ətraflı oxu

Şamaxıda din xadimləri narkomanlığa qarşı mübarizə mövzusunu müzakirə ediblər

Xəbərlər
27.01.2020 / 15:39
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
04.10.2017 / 16:30
Ətraflı oxu

“Peşə marağı milli təhlükəsizlik marağından önə keçməməlidir”

Açıqlama
28.12.2017 / 16:27
Ətraflı oxu

Qaxda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
25.07.2019 / 16:15
Ətraflı oxu