Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər / 18.10.2017 / 16:10

Oktyabr 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə “Binəqədi rayonu dini icması” (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və “İrfan dini icması”na (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilmişdir.
Baxış əsnasında hər iki ünvanda qanunazidd qaydada dini ayinlərin icrası aşkar edilmişdir. Adıçəkilən dini icmalarda qeyri-qanuni olaraq dini ayin icra edən Əhədov Cəlal Zakir oğlu, Həsənzadə Ramin Abdulla oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2. və 515.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.  

Son baxılan xəbərlər

Azərbaycançılıq ideologiyası Azərbaycanı doğma vətəni hesab edən bütün xalqları birləşdirən dəyərdir

Xəbərlər
16.03.2021 / 10:34
Ətraflı oxu

Hacıqabulda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
17.03.2016 / 18:34
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
03.05.2018 / 18:00
Ətraflı oxu

Zaqatalada “Dini abidələrimiz” layihəsi çərçivəsində tədbir təşkil olunub

Press-relizlər
08.11.2017 / 15:08
Ətraflı oxu

Sumqayıtda “Çağdaş qəhrəmanlıq salnaməsi - Aprel döyüşləri” mövzusunda tədbir keçirilib

Press-relizlər
17.04.2018 / 14:55
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Cəlilabad və Yardımlı rayonlarında vətəndaşları qəbul ediblər

Xəbərlər
29.10.2019 / 16:47
Ətraflı oxu