Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər / 12.10.2017 / 16:52

Oktyabrın 12-də Lənkəran rayonu Qurumba kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” adlı layihə çərçivəsində Qurumba kənd ümumi orta məktəbində “İslam həmrəyliyinin Azərbaycan modeli” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, AMEA-nın doktorantı, ilahiyyatçı Samid Quliyev, Qurumba kənd ümumi orta məktəbinin direktoru Yüzbaşı Ağayev, Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev, müəllimlər, şagirdlər və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov bildirib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir. Q.Məmmədov onu da bildirib ki, bu cür tədbirlər dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətə malikdir.
AMEA-nın doktorantı, ilahiyyatçı Samid Quliyev çıxışında İslam həmrəyliyinin müasir dövrün çağırışı kimi sülh və birliyə mühüm töhfə olduğunu bildirib. O, İslam dininin öz birləşdirici missiyası ilə insanları hər zaman həmrəyliyə dəvət etdiyini vurğulayıb.
Qurumba kənd ümumi orta məktəbinin direktoru Yüzbaşı Ağayev, məktəbin müəllimi Təbriz Babayev, Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev, din xadimi Elyar Babayev çıxışlarında ölkəmizdə sülh, əmin-amanlıq və həmrəyliyin hökm sürdüyünü, İslam dininin tolerant və multikultural din kimi insanları birliyə çağırdığını, radikalizmə, terrora və  terrorçuluğa yox dediyini qeyd ediblər.
    


Son baxılan xəbərlər

Xristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz edib

Xəbərlər
20.10.2020 / 16:09
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Avropa İttifaqının nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
29.10.2018 / 16:48
Ətraflı oxu

Sabirabadda “Milli-Mənəvi dəyərlərimizin təbliğində dini icmaların rolu” mövzusu müzakirə olunub

Xəbərlər
08.07.2019 / 16:08
Ətraflı oxu

Azərbaycan Texniki Universitetində “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib

Xəbərlər
22.11.2019 / 15:41
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edib

Press-relizlər
27.05.2022 / 16:14
Ətraflı oxu

Balakəndə 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilib

Xəbərlər
13.01.2022 / 16:55
Ətraflı oxu