Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Lənkəranda vətəndaşları qəbul edib

Press-relizlər / 25.11.2014 / 14:46

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görürlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 25-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində  Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan 40-a yaxın vətəndaşı qəbul edib. Müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, Bakı İslam Universitetinin Lənkəran filialının fəaliyyətinin bərpası, dini icmaların yaradılması, onların dövlət qeydiyyatına alınması və digər məsələlərlə bağlı olub.
Komitə sədri Mübariz Qurbanlı hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Qəbul zamanı müraciətlərin bir qismi yerindəcə həllini tapıb.
Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb. 

Son baxılan xəbərlər

Yas mərasimi: necə olmalıdır, necə keçirilir?

Xəbərlər
11.03.2016 / 09:21
Ətraflı oxu

DQİDK sədrinin məqaləsi nüfuzlu almandilli xəbər portalında nəşr olunub

Press-relizlər
20.04.2021 / 17:24
Ətraflı oxu

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı: Azərbaycanın zəngin tolerantlıq ənənələrinin təşviqi və təbliği dövlətin ...

Müsahibələr
08.09.2021 / 10:17
Ətraflı oxu

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbərlər
08.11.2018 / 17:54
Ətraflı oxu

Zaqatalada “Azərbaycançılıq ideologiyası” mövzusunda tədbir keçirilib

Press-relizlər
11.05.2022 / 16:17
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışır”

Xəbərlər
28.06.2022 / 09:45
Ətraflı oxu