Zaqatalada “Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərdən qaynaqlanan vətən sevgisi” adlı tədbir təşkil olunub

Press-relizlər / 10.10.2017 / 16:05

Oktyabrın 10-daZaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala rayonu Danaçı kənd 1 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində “Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərdən qaynaqlanan vətən sevgisi” adlı tədbir təşkil olunub.
Yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əsəbəli Nəbiyev məktəblilərin tərbiyəsində milli-mənəvi dəyərlərin yeri barədə məlumat verib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev məktəblilərin milli-mənəvi dəyərləri yaxından tanımalarının vacibliyindən, gənclərə ən ülvi sevgi olan vətən sevgisinin təbliği metodlarından danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov isə öz çıxışında vətən anlayışından, bu məfhumun əhatə dairəsindən bəhs edib.
Daha sonra çıxış edən natiqlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
24.01.2018 / 12:42
Ətraflı oxu

Səyyad Salahlı: "Gənclərə milli-mənəvi dəyərlərimizin aşılanması xüsusi əhəmiyyət kəsb edir"

Xəbərlər
07.12.2018 / 15:11
Ətraflı oxu

“XXI əsrdən baxış: din və qadın” mövzusunda videokonfrans keçirilib

Press-relizlər
26.04.2021 / 15:56
Ətraflı oxu

Şəkidə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
01.11.2017 / 17:30
Ətraflı oxu

Azərbaycandakı dini icmaların rəhbərləri dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Xəbərlər
30.03.2016 / 15:58
Ətraflı oxu

Erməni vandallığı: Gəncədəki tarixi abidə və dini məbədlərə ziyan dəyib

Xəbərlər
14.10.2020 / 12:27
Ətraflı oxu