Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər / 03.10.2017 / 16:57

Oktyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Pirşağı qəsəbəsi “Cümə” məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov, Aslan Sultanov,Fuad Məlikov, Pirşağı qəsəbəsi “Cümə” məscidi dini icmasının sədri Əliyulla Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri mövzu ilə bağlı məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları A.Məlikov, A.Sultanov və Fuad Məlikov İslam dininin sülh və həmrəylik dini olduğunu bildirərək ölkəmizdə tolerant mühitin mövcudluğunu, məzhəblər arasında ayrı-seçkiliyin olmamasını diqqətə çatdırıblar. Ənənəvi islami dəyərlərin təbliğ olunmasının dini radikalizmə qarşı mübarizədə önəmli rol oynadığını qeyd edən məruzəçilər Dövlət Komitəsinin bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirdiyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
    


Son baxılan xəbərlər

Qarabağ bögəsində "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda onlayn tədbirlər keçirilib

Press-relizlər
27.05.2021 / 11:46
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Beynəlxalq Multikulturalizm qış məktəbinin iştirakçıları ilə görüşüb

Multikulturalizm
09.02.2016 / 15:43
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycan dünyada tolerantlığın, müxtəlif dini və etnik qrupların nümayəndələrinin dinc birgəyaşayışının ...

Xəbərlər
24.09.2021 / 10:19
Ətraflı oxu

Prezident İlham Əliyev: "İşğal dövründə mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib"

Xəbərlər
29.11.2021 / 12:46
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının SİA-ya müsahibəsi

Müsahibələr
01.11.2016 / 16:59
Ətraflı oxu

Dövlət Komitəsi daha 10 dini icmaya maliyyə yardımı ayırdı

Press-relizlər
15.03.2016 / 16:27
Ətraflı oxu