Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün önəmlidir

Press-relizlər / 28.09.2017 / 14:40

Sentyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Balakən rayonu Kortala kənd məscidi dini icmasının “İslam dinində vətən sevgisi və şəhidlik” layihəsi çərçivəsində “Gəncləri sağlam milli-mənəvi ruhda tərbiyə etməyin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Qaravəlli kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Baxşəliyev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Kortala kənd məscidi dini icmasının sədri Həbib Ziyadov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kortala kənd məscidi dini icmasının sədri Həbib Ziyadov mövzunun əhəmiyyətindən və maarifləndirmə tədbirlərinin keçirilməsinin məqsədlərindən danışıb, gənclərin milli-mənəvi ruhda tərbiyəsinin önəminə diqqət çəkib.
DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ramil Baxşəliyev bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün həddən artıq önəmlidir. “Bu baxımdan gələcəyimiz olan gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə olunmasına böyük məsuliyyətlə yanaşmalı və ona həyati əhəmiyyətli məsələ kimi baxmalıyıq” - deyə o qeyd edib. Ölkədə gənclərlə iş sahəsində görülən tədbirlərdən bəhs edən R.Baxşəliyev vurğulayıb ki,  bu kimi tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır.
Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov bildirib ki, ölkəmizin sahib olduğu sabitlik mühitini qorumaq üçün milli-mənəvi dəyərlərə sahib çıxmalı, radikal dini düşüncələrə qarşı ideoloji mübarizə aparmalıyıq. O qeyd edib ki, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə gənclərin təhsilə yiyələnməklə daha sağlam düşüncə sahibi olmalarının əhəmiyyətindən danışıb, milli-mənəvi dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunmasının qarşıda duran ən əsas vəzifələrdən biri olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.


Son baxılan xəbərlər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu

“ŞUŞA VƏ AĞDAMIN MƏSCİDLƏRİ SİZLƏRƏ SƏSLƏNİR”

Press-relizlər
20.11.2012 / 17:56
Ətraflı oxu

Vətənpərvərlik radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitədir

Press-relizlər
09.03.2018 / 09:33
Ətraflı oxu

Alban-udi xristian dini icması Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəklədiyi barədə bəyanat yayıb

Xəbərlər
06.11.2020 / 10:06
Ətraflı oxu

Şəkidə “Azərbaycan xalqının mədəni dəyərləri dini radikalizmə qarşıdır” mövzusunda konfrans keçirilib

Press-relizlər
31.07.2019 / 09:27
Ətraflı oxu

Qazax rayonunda “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda seminar keçirilib

Press-relizlər
07.06.2016 / 17:04
Ətraflı oxu