Astarada növbəti maarifləndirici tədbir təşkil olunub

Press-relizlər / 26.09.2017 / 09:53

Sentyabrın 26-da Astara şəhəri “Qum” məscidi dini icmasının həyata keçirdiyi “İslam humanizm və həmrəylik dinidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Astara rayon Səncərədi kənd tam orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)  Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov, Səncərədi kənd tam orta məktəbinin müəllim və şagird kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında gənclərin dini radikalizmdən qorunmasında  dini maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyəti olduğunu bildirib. T.Həsənzadə İslam dininin humanist, mütərəqqi dəyərlərlə zəngin olduğunu qeyd edərək dinimizin olduğu kimi təbliğ edilməsinin zəruriliyini vurğulayıb.
QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov, Səncərədi kənd məscidi dini icmasının sədri Sədail Həbibov, kənd tam orta məktəbinin müəllimi Səxavət Həsənov çıxışlarında ölkəmizdə milli-mənəvi və dini həmrəyliyin, məzhəblərarası dialoqun  hökm sürdüyünü bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu

Mübariz Qurbanlı: "Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir"

Xəbərlər
27.01.2023 / 09:23
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
26.01.2023 / 16:50
Ətraflı oxu

Qaxda “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.01.2023 / 16:18
Ətraflı oxu

CBC TV-də İsveçdə Qurani-Kərimə qarşı edilən təhqiramiz hərəkətin yolverilməzliyi barədə müzakirələr aparılıb

Xəbərlər
25.01.2023 / 14:08
Ətraflı oxu

Kürdəmirdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
26.01.2023 / 13:59
Ətraflı oxu