Dövlət Komitəsinin əməkdaşları “Sülh naminə fəaliyyət” layihəsində iştirak ediblər

Press-relizlər / 22.09.2017 / 16:58

ABŞ-da yaşayan Pakistan əsilli xanım Supna Zaidi tərəfindən təsis edilən və geniş auditoriyaya malik olan “Müsəlman Dünyası Bugün” (Muslim World Today) internet platformasının rəhbərliyi ilə birgə əməkdaşlığa dair razılığa əsasən həyata keçirilən “Sülh naminə fəaliyyət” (Act for Peace) layihəsində Azərbaycan da təmsil olunub.
İlkin olaraq layihə çərçivəsində baş tutan “Peace means for me” (“Sülh mənim üçün nə deməkdir”) təbliğat kampaniyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşları iştirak ediblər. Layihədə iştirak etmiş DQİDK-nın əməkdaşları Səfər Səfərli, Ayxan Həsənov, Bəhruz Orucov, Aygül Ağayeva və Səidə Fətullayevanın sülhün mənasına dair fikirləri çəkilən fotoşəkillərinin üzərində qeyd edilərək, sözügedən internet platformasının “facebook” səhifəsində yerləşdirilib. Fotoşəkillər bir sıra xarici ölkələrin (Malayziya, Pakistan, Maldiv və Türkiyə) nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb.
Bununla yanaşı, Azərbaycanda mövcud tolerantlıq və multikultural mühit, ölkədə bu sahədə keçirilən beynəlxalq tədbirlər barəsində məlumat verilib və ölkəmizdə mövcud nümunəvi dini vəziyyəti əks etdirən fotoşəkillər, o cümlədən DQİDK tərəfindən hazırlanmış “Azərbaycan - tolerantlıq diyarı” adlı videosüjet təşkilatın rəhbərliyinə göndərilib. Bundan başqa, sülhün əhəmiyyətini və həqiqi mənasını əks etdirən, üzərində sülhə dair sözlər yazılmış maraqlı fotoşəkil hazırlanaraq təşkilata göndərilib.
Təşkilatın ölkəmizlə bağlı yaranmış yüksək təəssüratı bundan sonra da qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və sözügedən internet platformasında Azərbaycan profilinin yaradılmasına rəvac verəcəkdir.

Son baxılan xəbərlər

Gəncədə dini radikalizmlə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
05.06.2023 / 16:49
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edib

Xəbərlər
01.06.2023 / 11:38
Ətraflı oxu

Bruney universitetləri ilə əməkdaşlıq əlaqələri yaradılır

Press-relizlər
30.05.2023 / 17:25
Ətraflı oxu

Kürdəmirdə "Din və mənəvi dəyərlərin qorunmasında dini icmaların rolu" müzakirə edilib

Xəbərlər
02.06.2023 / 15:53
Ətraflı oxu

Prezident İlham Əliyev: "Azərbaycandakı yəhudi icması ölkəmiz üçün böyük sərvətdir"

Xəbərlər
30.05.2023 / 15:40
Ətraflı oxu

Zaqatalada “İslam və milli kimlik” adlı konfrans təşkil olunub

Press-relizlər
25.05.2017 / 16:07
Ətraflı oxu