“İslam həmrəyliyi ili” çərçivəsində dini icmalarda maarifləndirmə layihələrinin icrası davam edəcək

Press-relizlər / 20.09.2017 / 14:15

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2017-ci il “İslam həmrəyliyi ili” çərçivəsində maliyyə yardımı ayrılmış icma sədrlərinin iştirakı ilə tədbir keçirilib.
Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, dini icmalar tərəfindən layihələr həyata keçirilməsində əsas məqsəd İslam həmrəyliyinin, eləcə də dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği işinin həyata keçirilməsidir.
Dövlətin bu sahəyə diqqətindən danışan Dövlət Komitəsi sədrinin birinci müavininin sözlərinə görə, Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox mühüm diqqət və qayğı göstərir. S. Salahlı, eyni zamanda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələrini də verib. Naxçıvan da daxil olmaqla respublikanın digər bölgələrini əhatə edən dini icmaların həyata keçirəcəkləri layihələrdə dini ənənələrimizi və milli-mənəvi, eləcə də xalqımızın dərin tarixi köklərə malik tolerant və multikultural dəyərlərimizi daha geniş ictimaiyyətə çatdırmaq, maarifləndirmə işini yerlərdə təkmilləşdirmək nəzərdə tutulur.
Dini icma sədrləri tədbirdə çıxış edərək dini sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin dini icmalara ayrılan vəsaitə görə Prezident İlham Əliyevə dindarlar adından təşəkkürlərini bildiriblər. 


Son baxılan xəbərlər

Sumqayıtda “Gənclərin radikalizmdən mühafizə edilməsi” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.06.2018 / 16:57
Ətraflı oxu

Səyavuş Heydərov: “Radikal müxalifət və radikal dindarlar eyni mərkəzdən idarə olunurlar”

Müsahibələr
20.09.2016 / 11:47
Ətraflı oxu

Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
22.12.2017 / 11:55
Ətraflı oxu

Zaqatalada Xocalı soyqırımına həsr edilmiş anım mərasimi keçirilib

Press-relizlər
27.02.2019 / 10:20
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Press-relizlər
20.10.2016 / 17:20
Ətraflı oxu

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Xəbərlər
08.09.2018 / 14:58
Ətraflı oxu