Azərbaycan gənci ədalətli sülhün tərəfdarıdır

Press-relizlər / 07.09.2017 / 15:06

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən rayon Gənclər və İdman İdarəsi və Aktiv Gənclər Klubunun birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “İslam həmrəyliyi və gənclərin sülhsevərlik missiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Balakən rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Sarxan Hacıyev və Nurlan Şindiyev, Aktiv Gənclər Klubunun üzvləri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin əməkdaşı S.Hacıyev bildirib ki, sülh dünyada sabitliyin, əmin-amanlığın qarantıdır. Sabitlik və əmin-amanlıq da öz növbəsində hər bir cəmiyyətin mövcudluğunun və rifahının təminatıdır. Azərbaycan gəncinin ədalətli sülhün tərəfdarı olduğunu bildirən S.Hacıyev qeyd edib ki, Vətənimizə qarşı olan məkrli niyyətlərə layiqli cavabı vermək bizim vətəndaşlıq borcumuzdur.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı E.Qarayev isə vurğulayıb ki, xalqımızın sahib olduğu milli-mənəvi dəyərlər hər zaman insanpərvərlik, birlik və bərabərlik prinsiplərinə əsaslanıb. Onun sözlərinə görə, malik olduğumuz bu dəyərləri layiqincə təmsil etməli və gələcək nəsillərə ötürməliyik.
Daha sonra tədbir diskussiya şəklində davam edib. 


Son baxılan xəbərlər

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş onlayn regional konfrans keçirilib

Press-relizlər
25.06.2021 / 16:36
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvası

Xəbərlər
21.04.2020 / 11:15
Ətraflı oxu

Gündüz İsmayılov: “İrəvanda qədim məscidi şərab zavoduna çeviriblər”

Açıqlama
23.02.2021 / 11:08
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər davam etdirilir

Press-relizlər
24.10.2019 / 14:52
Ətraflı oxu

“Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusu müzakirə edilib

Xəbərlər
27.08.2021 / 18:04
Ətraflı oxu

Kürdəmirdə “Tarixi dini abidələrimizə qarşı erməni vandalizmi” mövzusu müzakirə olunub

Press-relizlər
12.10.2021 / 16:07
Ətraflı oxu