Press-relizlər / 30.08.2017 / 15:35
Avqustun 30-da Sabirabad rayon Bulduq kənd məscidi dini icmasında “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti” layihəsi çərçivəsində “Multikulturalizm milli dəyərlər sistemimizin tərkib hissəsi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümbətov, Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Sabirabad rayon Bulduq kənd məscidi dini icmasının sədri Şamil Həsənov, Sabirabad rayon Bulduq kənd bələdiyyəsinin sədri Ziyadxan Gözəlov, dini ayinlərin icraçısı Mustafa Mustafayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon Bulduq kənd məscidi dini icmasının sədri Şamil Həsənov çıxışında iştirakçılara bu tədbirin mahiyyəti barədə məlumat verərək maarifləndirmə tədbirinin aktual bir mövzuya həsr olunduğunu bildirib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümbətov çıxış edərək layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsildə multikultural və tolerant dəyərlərin aşılanması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması haqqında düzgün təsəvvürlərin yaradılması haqqında məlumat verib. O, həmçinin, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.
Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov Azərbaycan cəmiyyətində multikultural dəyərlərin tolerantlıq ənənələri ilə birgə inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinspinə çevrilməsini qeyd edərək mövcud olan bu ənənələrin daha da möhkəmləndirilməsi üçün lazım olan amillərə toxunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsi tərəfindən çap olunmuş dini ədəbiyyatlar paylanılıb.