Milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların rolu

Press-relizlər / 24.08.2017 / 17:42

Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran rayonu Osakücə kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi müasir dövrün çağırışıdır” layihəsi çərçivəsində  maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova,  Lənkəran Şəhər Təhsil şöbəsinin əməkdaşları Səriyyə Kələntərli, Zabitə Cəfərova, Osakücə kənd bələdiyyəsinin sədri Tərbiyə Cavadova, Osakücə kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva, dini icmanın sədri Rizvan Dadaşov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov tolerant, multikultural dəyərlərin müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ, təşviq olunmasının və  İslam dininin olduğu kimi yenidən dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib.
Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların rolu”  mövzusunda çıxış edərək, İslam həmrəyliyinin əhəmiyyəti, onu zəruri edən səbəblər, radikalizm və ekstremizmlə mübarizənin vacibliyi və bu istiqamətdə aparılan maarifləndirmə işində qadınların rolu haqqında fikirlərini bildirib. E.Kərimova İslam həmrəyliyinin zamanın çağırışı kimi mühüm bir təşəbbüs olduğunu, bu təşəbbüsün dini radikalizmə və ekstremizmə qarşı mübarizədə zəruriliyini vurğulayıb.
Kənd tam orta məktəbinin direktoru Arzu Mirzəyeva isə ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin nümunəvi modelinin, multikultural və həmrəylik münasibətlərinin mövcud olduğunu bildirib.
Kənd bələdiyyəsinin sədri Tərbiyə Cavadova,kənd tam orta məktəbinin direktor müavini Həqiqət Mirzəyeva çıxışlarında bərabərlik dini olan İslam dininin insanları birliyə, həmrəyliyə çağırdığını qeyd edərək, Dövlət Komitəsi tərəfindən həyata keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini  yüksək qiymətləndiriblər.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib. 


Son baxılan xəbərlər

Alman mətbuatında “Azərbaycanda Alman lüteranların yeri və rolu” başlıqlı məqalə dərc edilib

Xəbərlər
02.03.2021 / 13:30
Ətraflı oxu

Alban-udi xristian dini icması Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəklədiyi barədə bəyanat yayıb

Xəbərlər
06.11.2020 / 10:06
Ətraflı oxu

Komitə sədri Rumıniya səfiri ilə görüşüb

Press-relizlər
11.03.2021 / 14:02
Ətraflı oxu

Şəmkirdə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
24.08.2015 / 16:27
Ətraflı oxu

Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub

Xəbərlər
19.11.2018 / 14:41
Ətraflı oxu

Bərdədə "Şəhadət" filmi nümayiş olunub

Press-relizlər
12.03.2018 / 16:58
Ətraflı oxu