Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 23.08.2017 / 15:28

Avqustun 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan rayonu Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi dini icması “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” layihəsi çərçivəsində “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı maarifləndirici tədbir keçirib.
Tədbirdə DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin tərkibində Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, şöbənin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Vüsal Məhərrəmov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Rayon İcra Hakimiyyəti (RİH) başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva, dini icmanın sədri Famiz Quliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mahiyyətindən danışaraq bu səpkidə dini icma tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin gənclər arasında müsbət nəticələr verdiyini və bunun gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev məzhəblərarası vəhdətin və müsəlmanlar arasındakı birliyin önəminə toxunaraq  İslamın sülh, həmrəylik və qardaşlıq prinsiplərindən danışıb.
DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin tərkibində Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədov çıxış edərək Azərbaycanın İslam mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edib. Natiq İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək İslam həmrəyliyinin təkcə müsəlman dünyası üçün deyil, eyni zamanda bütün dünya üçün önəminə toxunub.
Daha sonra Qobustan RİH başçısı Aparatının nümayəndəsi Aftandil Şikarov, DTX-nin Şamaxı regional şöbəsinin əməkdaşı Vüsal Məhərrəmov, Rayon İcra Hakimiyyəti (RİH) başçısının Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Solmaz Mehralıyeva, dini icmanın sədri Famiz Quliyev çıxış edərək ölkəmizin tolerant dəyərlərə və həmrəyliyin təşviqinə verdiyi töhfələrə görə dünyada nümunə kimi qəbul olunmasını diqqətə çatdırıblar.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 


Son baxılan xəbərlər

Beyləqandakı “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.08.2019 / 14:44
Ətraflı oxu

Tovuzda keçirilən ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər
04.10.2018 / 16:14
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Press-relizlər
23.10.2018 / 17:45
Ətraflı oxu

2015-ci il üçün Ramazan ayının təqvimi

Xəbərlər
11.06.2015 / 16:37
Ətraflı oxu

DQİDK yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Press-relizlər
30.03.2021 / 15:42
Ətraflı oxu

İlham Əliyevdən “İslam Maarifçiliyinin Azərbaycan modeli”nə dəyərli töhfə

Xəbərlər
15.10.2018 / 10:19
Ətraflı oxu