Mübariz Qurbanlı: "Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətləri hər bir azərbaycanlı üçün fəxarət abidəsi olacaq"

Xəbərlər / 14.07.2017 / 18:38

"14 iyul 1969-cu il - Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbər seçilməsi ilə xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarixdir. Daim doğma xalqının böyük təəssübkeşi olmuş Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməklə, əslində, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoyurdu. Onun fədakar və məqsədyönlü fəaliyyəti nəticəsində cəmiyyətin həyatının bütün sahələrində yüksəliş və tərəqqi yaşanmışdı".
Bu fikirləri SalamNews-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı ən yüksək inkişaf səviyyəsinə çatmış, artım sürətinə görə SSRİ respublikaları arasında qabaqcıl mövqeyə çıxmışdı: "Ölkəmizin müasir tarixi uğurları və inkişafı bir daha sübut edir ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.
Ümumiyyətlə, dövləti idarə etmək bəzən siyasi şansdır və bu fürsətə təsadüfi adamlar da yiyələnə bilərlər. Bunu müstəqilliyimizin bərpasının ilk illərində yaşamışıq. Amma dövləti layiqincə idarə etmək bacarığı, fəaliyyətini yalnız millətin və dövlətin maraqları üzərindən quran, ömrünü xalqının rifahına fəda etmək kimi xüsusiyyətlər yalnız həqiqi liderlərə xasdır. Bu baxımdan ümummilli lider adını Azərbaycan tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil edib və yorulmaz, çoxşaxəli, zəngin fəaliyyəti sayəsində ölkəmizi sürətli inkişaf yoluna çıxarıb.
Bu gün dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük tədbirlər, bütün sahələrdə qazanılan uğurlar xalqımızın ulu öndərin ideyalarını özü üçün əbədi və əzəli "yol xəritəsi" seçdiyini bir daha sübut edir.
Əminəm ki, ömrünün sonuna qədər xalqımız və dövlətimiz üçün misilsiz xidmətlər göstərən Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və rolu uzun illər sonra da bugünkü kimi müzakirə ediləcək, hər zaman tədqiqatlar mövzusu və hər bir azərbaycanlı üçün fəxarət abidəsi olacaq". 


Son baxılan xəbərlər

Lerikdə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.04.2022 / 17:14
Ətraflı oxu

DQİDK sədri XVII Beynəlxalq Müsəlman Forumunda iştirak edib

Xəbərlər
15.12.2021 / 17:22
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının beşilliyi münasibətilə tədbir keçirilib

Xəbərlər
10.02.2023 / 09:45
Ətraflı oxu

Kürdəmirdə “Sülh və Həmrəyliyə aparan yol – dialoq” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
27.02.2018 / 15:24
Ətraflı oxu

Komitə sədri Avropa Ravvinləri Konfransının icraçı direktoru ilə görüşüb

Press-relizlər
18.07.2022 / 17:06
Ətraflı oxu

Ağsu şəhərində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.04.2016 / 16:15
Ətraflı oxu