Cəzaçəkmə müəssisələrində “Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir keçirilib

Press-relizlər / 10.07.2017 / 15:12

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti maarifləndirici tədbir Penitensiar xidmətin 8 və 13 saylı cəzaçəkmə müəssisələrində “Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda keçirilib.
Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri müavini Cahandar Əlifzadə,  Azərbaycan Milli Elmlər Akademiyası Z.Bunyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Elvüsal Məmmədov və Penitensiar xidmətin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə xalqımızın tolerantlıq ənənələri və multikultural dəyərlərinin əhəmiyyəti barədə danışıb. Ölkədəki dini durumla bağlı fikirlərini bölüşüb.
AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi Elvüsal Məmmədov dini radikalizmin yaranmasının səbəbləri və təzahür formaları barədə məlumat verib. Radikalizmə qarşı mübarizə metodologiyası ilə bağlı mülahizələrini diqqətə çatdırıb.
Çıxışlarda, eyni zamanda Azərbaycanın tolerantlıq və multikulturalizm modelinin dünya üçün nümunə olduğu dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayış aşılandığı və “Heydər” məscidində qılınmış vəhdət namazının buna əyani sübut olduğu məhkumların diqqətinə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, məhkumların çoxsaylı sualları cavablandırılıb.  


Son baxılan xəbərlər

Qubada “Gender əsaslı zorakılıqla mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər
02.12.2021 / 15:39
Ətraflı oxu

Azərbaycançılıq ideologiyası Azərbaycanı doğma vətəni hesab edən bütün xalqları birləşdirən dəyərdir

Xəbərlər
16.03.2021 / 10:34
Ətraflı oxu

“Milli-mənəvi dəyərlər və Azərbaycançılıq” adlı kitab nəşr olunub

Kitablar
14.06.2021 / 10:36
Ətraflı oxu

Mingəçevirdə sərgi təşkil edilib

Xəbərlər
09.07.2021 / 12:05
Ətraflı oxu

Pasxa bayramı münasibətilə Bakı şəhərində yerləşən “Xilaskar” yevangelik-lüteran kilsəsində konsert-görüş təşkil edilib

Press-relizlər
26.04.2019 / 12:17
Ətraflı oxu

İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır

Press-relizlər
19.09.2017 / 18:07
Ətraflı oxu