Zərdabda “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusu müzakirə edilib

Press-relizlər / 19.05.2017 / 13:31

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Zərdab rayon İcra Hakimiyyəti və  rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhər  2 saylı tam orta məktəbdə müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə iştirak edən Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin məsləhətçisi Sədi Hüseynov, Zərdab şəhər 2 saylı tam orta məktəbin direktoru Piralı Əliyev və rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Mübariz İsmayılov çıxış edərək mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər.
Çıxış edən natiqlər vurğulayıblar ki, maarifçilik mövhumat, cəhalət və radikalizm dərdinin ən böyük dərmanıdır. Məhz əsl maarifçilik gerçək İslam dəyərləri ilə fanatizm və mövhumatı əsaslı şəkildə fərqləndirməyin mahiyyətini ortaya çıxara bilər.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan, dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi tədbir iştirakçılarına nümayiş olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə keçirilib. 



Son baxılan xəbərlər

Qobustan qəsəbəsində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
04.02.2017 / 11:15
Ətraflı oxu

Prezident İlham Əliyev: "Ermənilərdən fərqli olaraq biz bütün dini abidələrə hörmətlə yanaşırıq"

Xəbərlər
04.10.2021 / 12:08
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərdən qaynaqlanan vətənpərvərlik” mövzusunda tədbir baş tutub

Press-relizlər
16.04.2019 / 17:17
Ətraflı oxu

İmişlidə “İnsan Hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.06.2022 / 17:38
Ətraflı oxu

İslam Həmrəyliyi ilinin 1 həftəsində 3 müsəlman dövlətinə səfər

İSLAM HƏMRƏYLİYİ İLİ
07.03.2017 / 15:25
Ətraflı oxu

Sumqayıtda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda seminar keçirilib

Xəbərlər
26.11.2021 / 11:10
Ətraflı oxu