Ucarda “Dini radikalizm İslam həmrəyliyinə təhdiddir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 19.05.2017 / 10:14

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ucar rayon Rəstəcə kənd tam orta məktəbində müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Dini radikalizm İslam həmrəyliyinə təhdiddir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rahib Rəsulov mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxış edərək hər bir xalq üçün ən böyük dəyərlərin onun dini, dili və mədəni-mənəvi irsi olduğunu diqqətə çatdırıb. Ə. Rəfiyev onu da bildirib ki, yeniyetmə və gəncləri radikal dini düşüncəyə malik insanların təsirindən qorumaq hər birimizin vəzifəsidir.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, orta məktəbin müəllimi Sədaqət Soltanova gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı keçirilən maarifləndirmə tədbirlərinin  əhəmiyyətini qeyd ediblər.
  

Son baxılan xəbərlər

Maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
15.09.2017 / 14:03
Ətraflı oxu

Masallıda “Zərərli vərdişlərə qarşı mübariz olaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.02.2022 / 16:39
Ətraflı oxu

Komitə sədrinin müavini Səyavuş Heydərov Çikaqoda keçirilmiş İllik Konfransda iştirak edib

Xəbərlər
30.12.2022 / 14:33
Ətraflı oxu

Zaqatalada “Məktəblilər və milli-mədəni mirasımız” adlı tədbir keçirilib

Press-relizlər
18.03.2016 / 16:15
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.01.2019 / 14:29
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidmətinin məlumatı

Açıqlama
07.12.2016 / 19:19
Ətraflı oxu