Pirallahı rayonunda radikalizm və ekstremizm ilə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər / 17.05.2017 / 17:46

Mayın 17-də Pirallahı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Xəzər rayon şöbəsinin Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə “Radikalizm, ekstremizm və terrorizmə qarşı mübarizədə vətəndaşların rolu” mövzusunda tədbir keçirilib.  
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov, DTX–nin Xəzər rayon şöbəsinin Pirallahı rayon bölməsinin rəis müavini Fuad Cəfərov, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların, təhsil müəssisələrinin kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin önəmini qeyd edib. O, “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən silsilə tədbirlərin əhəmiyyətindən bəhs edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov İslam dininin terrordan uzaq olduğunu vurğulayıb. Natiq radikalizm və ekstremizmə qarşı mübarizədə vətəndaşların üzərinə düşən vəzifələrin önəmindən söz açaraq, bu cür tədbirlərin mütəmadi təşkil edilməsinin vacibliyini qeyd edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

Göyçayda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
08.02.2022 / 15:33
Ətraflı oxu

Zaqatalada “Tolerantlıq-Azərbaycan xalqının mənəvi sərvətidir” adlı seminar keçirilib

Press-relizlər
13.06.2019 / 09:40
Ətraflı oxu

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Xəbərlər
06.12.2018 / 08:57
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Ermənilər ölkəmizin işğal olunmuş ərazilərində nəyin bahasına olursa-olsun Azərbaycan və ...

Press-relizlər
18.09.2020 / 12:23
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Neftçalada vətəndaşların müraciətlərini dinləyib

Press-relizlər
29.11.2017 / 14:32
Ətraflı oxu

Xaçmazda "Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu" mövzusu müzakirə olunub

Press-relizlər
20.07.2022 / 15:39
Ətraflı oxu