Kürdəmirdə “Bəşəriyyətin təhdidlərdən çıxış yolu – həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 15.05.2017 / 15:33

Mayın 15-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Kürdəmir şəhər (1) məscidi dini icması tərəfindən “Bəşəriyyətin təhdidlərdən çıxış yolu – həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Şəhid Vüqar Yarməmmədov adına Kürdəmir şəhər 1 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyev, tam orta məktəbin direktoru və Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açıq elan edən Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil. Bu, əslində ölkəmizdən İslam dünyasına verilən önəmli mesajdır.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında vurğulayıb ki, İslam dini həmişə sülh, tolerantlıq, humanizm, həmrəylik ideyalarını təlqin edib və dünya sivilizasiyasına önəmli töhfələr verib. Ə.Rəfiyev, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə ölkəmizin İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini əsirgəmədiyini diqqətə çatdırıb.
Daha sonra Kürdəmir şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyevin, DTX-nın Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşovun  və Kürdəmir şəhər 1 saylı tam orta məktəbin direktoru və Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirovun çıxışları dinlənilib. Çıxış edən natiqlər bəşəriyyətin təhdidlərdən çıxış yolu istiqamətində İslam Həmrəyliyi təşəbbüsünün önəmli rol oynayacağına əminliklərini qeyd ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Xəbərlər
12.04.2018 / 10:23
Ətraflı oxu

Bölgələrdə 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə tədbirlər keçirilib

Press-relizlər
16.11.2023 / 17:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib

Xəbərlər
04.08.2022 / 17:08
Ətraflı oxu

Ağcabədidə Vətən müharibəsinin şəhidləri anılıb

Press-relizlər
24.09.2021 / 16:52
Ətraflı oxu

Quba bölgəsində Xocalı soyqırımı qurbanları yad edildi

Press-relizlər
26.02.2016 / 17:18
Ətraflı oxu

Qarabağda yeni mərhələnin başlanğıcı: Azərbaycanın birgəyaşayış təcrübəsi

Press-relizlər
28.09.2023 / 10:18
Ətraflı oxu