Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər / 12.05.2017 / 17:03

Mayın 12-də Mingəçevirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər 4 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhər Təhsil Şöbəsinin məsləhətçisi Elza Qəniyeva,Mingəçevir şəhər “Heydər” məscidinin imam naibi, ilahiyyatçı-dinşünas Müşfiq Nəcəfov,  eləcə də məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru Azər Qazıyev bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb. O, həmçinin vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Azərbaycanda 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır. Eyni zamanda, müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.
Tədbirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edərək, radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb, dini ekstremizmə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verib.
Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev “Milli dəyərlərimizin qorunmasında gənclərin rolu”, Mingəçevir şəhər “Heydər” məscidinin imam naibi, ilahiyyətçi-dinşünas Müşfiq Nəcəfov “İslam həmrəyliyi din və məzhəb ayrı-seçkiliyinə qarşı” mövzusunda çıxış ediblər. Məktəbin tarix müəllimi Zaur Müseyibov və məktəbin X sinif şagirdi Nərminə Nəbiyeva çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslə ötürülməsinin mühüm vəzifələrdən biri olduğunu, həmçinin bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin gənclərin təbiyəsində mühüm rol oynadığını qeyd ediblər.
Tədbirin yekununda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.  
 
 
 


Son baxılan xəbərlər

Xızıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Press-relizlər
04.06.2019 / 10:56
Ətraflı oxu

Din xadimləri "Dini mərasimlər və öhdəliklər" mövzusunu müzakirə ediblər

Press-relizlər
11.08.2021 / 11:35
Ətraflı oxu

Azərbaycanda fəaliyyət göstərən dini icmalar Şuşaya səfər ediblər

Xəbərlər
30.09.2022 / 16:33
Ətraflı oxu

Quba rayonunun Alpan kəndində “Fitnə” filmi nümayiş etdirilib

Press-relizlər
24.08.2016 / 13:17
Ətraflı oxu

Qaxda “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu ” mövzusu müzakirə olunub

Press-relizlər
29.09.2021 / 13:01
Ətraflı oxu

Səyyad Salahlı: "Müsəlman öz günahsız bacı və qardaşlarına qarşı silah işlətməz"

Müsahibələr
18.02.2016 / 17:07
Ətraflı oxu